Modern.az

Prezidentlərin pivə şakəri - FOTOLAR

Prezidentlərin pivə şakəri - FOTOLAR

5 Avqust 2016, 09:38

 

Pivə dünyada ən çox istifadə olunan alkoqollu içkidir. Statistikaya görə, almanlar və çexlər bu içkidən ən çox istifadə edən xalqlardır. Elə dünyada ən populyar sayılan pivələr də məhz bu ölkələrdə istehsal olunur. Pivə istehsalında növ sayının çoxluğuna görə Belçika  birinci yerdədir. İstehsal gücünə görə isə iderlik Amerika Birləşmiş Ştatlarındadır. Belə ki, bu ölkədə olan ən nəhəng pivə zavodu il ərzində 2.5 milyard litr pivə istehsal edir.


Modern.az
saytının məlumatına görə, 5 avqust (yaxud hər ilin avqust ayının birinci cümə günü) dünyada Beynəlxalq Pivə günü kimi qeyd edilir. Amerika Birləşmiş Ştatlarından başlanan bu ənənə hazırda dünyanın bir çox ölkələrində də müxtəlif maraqlı, əylənçəli tədbirlərlə qeyd olunur.

400-dən artıq növü olan pivə zəif alkoqollu içki olsa da, populyarrlığı zaman-zaman artmaqdadır. Dünyanın məşhurları da bu sərinləşdirici və köpüklü içkiyə laqeyd deyillər. Həmçinin siyasi liderlərin də içki menyusunda pivənin özünəməxsus yeri var.

Modern.az-ın siyasətçilərlə bağlı növbəti yazısı da bu haqdadır.


Almaniya kansleri Angela Merkel həmkarları arasında sərin pivəyə ən isti münasibət göstərən siyasətçi sayılır. O öz ölkəsinin istehsal etdiyi pivədən yetərincə zövq almağı bacarır.

Amerika prezidenti Barak Obama pivəsevər siyasətçilər siyahısında Angela Merkeldən sonra ikinci pillədə durur. Daha çox tünd pivəyə üstünlük verən Amerika prezidenti keyfjyyətli pivəyə qiymət verməyi bacarır.


Ruslar daha çox tünd içkilərə, xüsusilə də arağa üstünlük versələr də prezident Vladimir Putin köpüklü pivədən imtina etmir.

Rusiya Federasiyasının sabiq prezidenti, hazırda baş nazir kürsüsündə əyləşən Dmitri Medvedev pivə məsələsində "şef"i ilə həmfikirdir.


Pivə ilə bağlı vergiləri 160 faiz qaldırdıqdan sonra Fransa prezidenti Fransua Olland pivədən ikiqat ləzzət alır.


Qazaxstan prezidenti Nursultan Nazarbayev arabir olsa da tədbirlərdə özünü sərin pivədən məhrum etmir.


Prezident kürsüsü uğrunda mübarizə aparan xanım Hillari Klinton da əlamətdar günlərini pivə ilə qeyd edir.

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş Almaniyaya səfəri zamanı bu ölkənin istehsalı olan pivə ilə siyasi gərginliyini çıxarır.

Təbii ki, ortaya maraqlı bir sual çıxır. İnsanlar pivəyə nəyə görə daha çox üstünlük verirlər? Pivənin populyarlığı qədər zarafatyana bir sual-cavab bu məsələyə tam aydınlıq gətirir:


Sual: - Niyə pivə içmək araq içməkdən yaxşıdır?


Cavab:- Çünki insanda qaraciyərin sayı bir, böyrəyin sayı ikidir.


İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı