Modern.az

Teleradio Şurasından ANS-in tezliyi barədə AÇIQLAMA

Teleradio Şurasından ANS-in tezliyi barədə AÇIQLAMA

5 Avqust 2016, 11:53

“Bunlar tamamilə yanlış məlumatdır. ANS-in tezliyində hər hansı kanalın yayımından söhbət gedə bilməz”.

Bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov qurumun şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyində yeni telekanalın yayımlanması xəbərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, tezliklərin qarışması da mümkün deyil:

““Günəş TV” Qubada yayımlanır. Eyni zamanda, demək istəyirəm ki, ANS-in tezliyində hər hansı kanalın açılması ilə bağlı müsabiqə də gözlənilmir”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu