Modern.az

Şəhidə xəyanət!

Şəhidə xəyanət!

6 Avqust 2016, 09:04

Məhsəti Şərif


Şəhidin ailəsinin evində hələ gözyaşı hakimdir... Amma ailənin acısını ikiyə qatlayan bir başqa olay var. Onun övladları sadəcə yaşamaq, ayaqda durmaq üçün cüzi bir miqdara göz dikib. Sizlər rahat otaqlatınızda yumşaq kresloda oturub daha çox qazanmaq haqqında düşünərkən, göz yaşı qurumayan şəhid xanımı qapılarınızda boyun bükür. Onun qüruru səndən çox ucada dursa belə,  övlad sevgisi, nə etməli?...


Bəlkə də bu qədər qınaqdan sonra özünü təmizə çixaracaqsan cənab məmur, yanlış anlaşılma adıyla hər şeyi həll edib qəhrəman olmaga çalışasan. Amma bir şeyi anlamayasan! Şəhid ailəsi haqqını istəməməli. Haqqı olan ona verilməli!! Şəhidin adını çəkmədən yazıram. Çünkü əminəm bir ailə yaşamır bu problemi…


Sadəcə, bir ailə yaşadıgını anlatdı. Bu ayıbınızı necə təmizləyəcəksiz, bilmirəm.Tək bildiyim şey şəhid haqqı sizə haram olmuş artıq... Şəhid haqqını yeyən məmur şəhidliyi sənə anladımmı? Dinlə o zaman!


Elə sevərik ki vətəni, sağolmalı sonsuza qədər, hilal ulduzla parıldamalı əbədiyyətə qədər ...Vətən uğrunda ölmək cəsarətin, inancın asaletin olmuş şəhidin.
Gənclik igidliyin, uğruna verdikləri şanı olmuş! Bilərəm ki, bayrağım dalğalanarkən sənin kimi əsl, sənin kimi ağır, sənin kimi sonsuzdur. Bu vətən şəhidiylə  əsrlərə meydan oxuyub!  Onlar canlarından can verib vətənə!  Şəhidlər vətənin özüdü!  Biz sıcaq evimizdə oturmuşduq apreldə… Şəhidlər sipər etdi canlarını, çıxdlıar  düşmən önünə. Bayrağımız onlar üçün axan gözyaşları ilə ucaldı. Bu gün bu torpaqlarda rahat bir şəkildə yaşayırıqsa, bunu borclu olduğumuz şəhidlərin ruhu olmasaydı, düşmənə qarşı qorxaqca davransaydılar, əmim olun, bir millət belə, ola bilməzdik...


...İndi siz düşünün şəhidə xəyanət vətənə xəyanət deyilmi?.. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir