Modern.az

Qənirə Paşayeva: “Mənə bir az zaman verin, yalvarıram...”

Qənirə Paşayeva: “Mənə bir az zaman verin, yalvarıram...”

Ədəbi̇yyat

6 Avqust 2016, 14:26

Modern.az saytı millət vəkili Qənirə Paşayevanın “İNSANIN ÖLÜMLƏ DİALOQU... adlı yazısını təqdim edir.


Qənirə Paşayeva

-Kimdir?

-Vaxtdı artıq...

-Hara gedirik?

-Gerçək evinə...

-Mənə bir az zaman verin, yalvarıram...

-Zamanın qalmadı...

-Sadəcə, bir neçə dəqiqə istəyirəm. Qəlbini sındırdıqlarım var, könüllərini almamışam... Haqsızlıq etdiklərim var, üzr istəməmişəm... Yaxşılıq gördüklərim var, dərindən təşəkkür belə etməmişəm... Bəzi yaxşılıq edənlər var, əvəzində cüzi də olsa pislik etmişəm... Bəzi dostlarım var, sevincimi də, dərdimi də paylaşmaq əvəzində onlara gizli paxıllıq, həsəd, bəzən hətta pislik də etmişəm... Haqqını dandıqlarım var... Belə getmək istəmirəm... Belə gedə bilmərəm... Mən bunun hesabını necə verərəm, necə? 

-Demək, bunları bilirdin...

-Bilirdim...

-Artıq nə yararı? – Vaxtında düşünməliydin..! 

-Mən hər zaman vaxtımın olduğunu düşünürdüm...

-Qəribəsiniz... Həyat müvəqqətidi deyirsiniz... Ölüm bir andır deyirsiniz... amma zamanınız gəldiyində “bir az zaman verin, hər şeyi düzəldim” deyə yalvarırsınız. Sizə verilən hər dəqiqəni, saatı, günü, ayı, ili dəyərləndirmirsiniz...

-Əgər bir az zaman versəniz... Kaş ki, sadəcə bir il öncəyə dönə bilsəm, bircə il öncəyə...

-Əgər... Kaş ki... – Ən sonda yaşanan peşmanlıq hissi... 

-Sadəcə, bir neçə dəqiqə istəyirəm, bir neçə dəqiqə...

-Gözləyirlər...

-Sadəcə, bir neçə dəqiqə. Üzdüyüm, könlünü sındırdığım, haqsızlıq, pislik etdiyim, haqqını yediyim, haqqında dedi-qodu yaydığım, günahına girdiyim insanlara etiraflar edib, üzr istəyəcəm. Haqlarını halal etmələrini xahiş edəcəm...

-Bu qədər asandırmı səncə?

-...

-Gedək... Zaman bitdi...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi