Modern.az

Tərtərdə mina qurbanları üçün təlim mərkəzi tikilir

Tərtərdə mina qurbanları üçün təlim mərkəzi tikilir

28 Oktyabr 2009, 19:38

Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzinin təməli qoyulub. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin əməkdaşı Debora Netland ABŞ Prezident İdarəçilik Cəmiyyətinin əməkdaşı Darren Manninq, Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev də tədbirə qatılıb. Bu barədə Modern.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib. Qurumun sədri Umud Rəhimoğlu

Deboranın BAMF-ın həyata keçirdiyi layihənin icrası ilə tanış olmaq üçün gəldiyni deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu il iyul ayının 1-dən " Tərtər rayonunda mina qurbanları və minadan zərərçəkənlər üçün peşə təlimi mərkəzinin yaradılması” layihəsinin icrasına başlayıb. Layihə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi Məsələlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin  qrant vəsaiti hesabına həyata keçirilir. 2010-cu ilin sonunadək icra ediləcək layihənin əsas məqsədi regionda  iş imkanları yaratmaq, minadan və müharibədən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır. Layihənin fəaliyyət planına əsasən, artıq  xeyli işlər görülüb. Layihə çərçivəsində Tərtər rayonunda yaradılacaq Regional Peşə Təlim Mərkəzi yeni vərdişlərin, bacarıqlarının öyrədilməsi istiqamətində özünəməxsus bir biznes məktəbi olacaq. Yaradılacaq Peşə Təlimi Mərkəzində xalçaçılıq, reklam-dizayn, rəngsazlıq, mənzil-dekorasiya işləri və digər peşələr üzrə təlimlər keçiləcək. Sonra isə iştirakçıların bacarıqlarına uyğun olaraq işlə təmin olunmalarına köməklik göstəriləcək". 

Səfər zamanı Debora Netlandə BAMF-ın təsisçiliyi ilə yaranan “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” və Avrasiya Kredit MMC-nin fəaliyyəti barədə geniş məlumat verilib. O, hər iki qurumun fəaliyyətindən məmnun qaldığını vurğulayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi