Modern.az

Xədicə İsmayılın cəzası azaldıldı

Xədicə İsmayılın cəzası azaldıldı

8 Avqust 2016, 11:25

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.

Modern.az saytı xəbər verir ki, bu barədə avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar çıxarılıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir