Modern.az

İxtisas seçimi sabah başa çatır: 34.626 abituriyent...

İxtisas seçimi sabah başa çatır: 34.626 abituriyent...

9 Avqust 2016, 10:48

“İyulun 29-dən bu saata qədər ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına 34.626 abituriyent qeydiyyatdan keçib”.

Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

TQDK-dan deyilib ki, bu saata qədər qeydiyyatdan keçənlər içərisində ən çox I ixtisas qrupu üzrə Azərbaycan bölməsində 11667 nəfər  müşahidə olunur.

O da bildirilib ki, bu saata ali təhsil müəssisələrinə ən az qeydiyyatdan keçən abituriyentlər rus bölməsi üzrə IV ixtisas qrupundadır. Belə ki, rusdilli abituriyentlərdən 1269 qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin cəmi sayı isə bu saata 1425 nəfərdir.

Onlardan 1245 nəfər Azərbaycan, 180-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, sabah TQDK I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini başa çatdırır.

İxtisas seçimi iyulun 29-dən avqustun10-na kimi aparır.

:

 

Ali təhsil müəssisələrinin I-IV və V ixtisas qruplarının ixtisaslarını seçmiş abituriyentlərin sayı

 

İxtisas qrupları

 

B o l m ə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

11667

9092

8030

2518

31307

Rus

1269

1221

686

143

3319

Cəmi

12936

10313

8716

2661

34626

 

 

 

 

Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin sayı

B o l m ə

 

Azərbaycan

1245

Rus

180

Cəmi

1425

     

 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir