Modern.az

Müəllimlərin işə qəbulu müsabiqəsinin 3-cü mərhələsi yekunlaşdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin 3-cü mərhələsi yekunlaşdı

10 Avqust 2016, 09:43

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. 

Nazirlikdən bildirilib ki, iştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.

Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

Məlumata görə, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək.

Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir