22 sentyabr 2017, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - Tokio Olimpiadasına Azərbaycandan hansı karateçilər qatıla biləcək? - EKSKLÜZİV
Tokio Olimpiadasına Azərbaycandan hansı karateçilər qatıla biləcək? - EKSKLÜZİV +
10.08.2016, 11:14

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, karate üzrə dəfələrlə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Modern.az saytının suallarını cavablandırıb.

-  Ülvi müəllim, Beynəlxalq Olimpiya Komitəsi karatenin olimpiya idman növləri sırasına daxil edilməsi haqqında qərar qəbul edib. 2020-ci il Tokio Olimpiadasında karateçilər də mübarizə aparacaq. Sözügedən qərarı necə qarşıladınız və bu, sizin üçün gözlənilən idimi?

-  Əslində karatenin olimpiya idman növləri sırasına daxil edilməsi gözlənilən idi. Çünki artıq bir neçə olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsi bu məsələni ciddi şəkildə gündəmə gətirib. Lakin hər dəfə digər idman növləri olimpiya idman yarışlarına daxil edilsə də, karate kənarda qalırdı. Bunun da müxtəlif səbəbləri olub.

Bizim üçün bütün idman növləri əzizdir. Amma sırf karate idman növü ilə məşğul olduğuma və bu sahəyə uzun müddət rəhbərlik etdiyimə görə belə bir qərar mənim üçün çox sevindirici oldu.

Karate 2020-ci ildə Tokioda olimpiya idman növləri sırasında olacaq. Təbii ki, biz bu idman hadisəsini çox böyük ruh yüksəkliyi ilə qarşıladıq. Karate ictimaiyyəti, dostlar hamısı zəng edib bizi təbrik etdilər. Düşünürəm ki, Bakıda keçirilən Birinci Avropa Oyunlarında karatenin Azərbaycan Prezidenti tərəfindən yarış növlərinə salınması onun olimpiya idman növləri sırasına daxil edilməsinə öz müsbət təsirini göstərdi.

Buna görə də biz ölkə başçısı, cənab İlham Əliyevə minnətdarıq. Çünki belə bir təşəbbüs məhz ölkə rəhbəri tərəfindən gəlmişdi.

Onu da qeyd edim ki, karatenin olimpiya idman növləri sırasına daxil edilməsi bizi sevindirdiyi qədər də üzərimizə olduqca böyük məsuliyyət qoyur. Çünki olimpiya idman növü tamam fərqli bir vəzifə və öhdəliklər, əslində birə-on çalışma tələb edir.

Avropa və dünya çempionatlarından tam fərqli olaraq, Olimpiya Oyunları idmanın ən yüksək zirvəsi sayılır. Olimpiya Oyunları dünya ölkələrinin rəhbərləri, idman ictimaiyyəti və beynəlxalq təşkilatların xüsusi diqqətində olur.

Azərbaycan bu gün bütün dünyada idman ölkəsi kimi tanınır. Gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları ölkə Prezidenti, cənab İlham Əliyevin idmana göstərdiyi yüksək səviyyəli dövlət qayğısından xəbər verir. Belə olan halda biz idmançılar bu etimadı doğrultmağa borcluyuq. Çünki idmançılarımızın qələbəsi üçün lazım olan bütün şərait yaradılır

Hesab edirəm ki, bu yarışlarda əldə olunan qələbələrdə yanaşı, iqtisadi inkişafın da böyük payı və qatqısı var. Bu, birmənalıdır və yeni, sağlam nəslin yetişməsi, onların idmana töhfələr verməsi bunun bariz nümunəsidir. Bu gün Azərbaycanda böyük uğurlar əldə etmiş dünya və Avropa şöhrətli idmançılarımız xeyli saydadır. Təbii ki, bu, həm də ölkəmizin iqtisadi uğurunun nəticəsidir.

Qaldı ki konkret karateyə, hesab edirəm ki, qısa müddətdə bütün karate klublarında, federasiyalarında ciddi şəkildə struktur islahatları aparılmalı və olimpiya oyunlarına çox ciddi şəkildə hazırlıqlar başlamalıdır. Qarşımıza qoyduğumuz əsas məqsədlərə çatmaq üçün səylə çalışmalı və 4 ildən sona Tokioda yüksək nəticələr əldə etməliyik.

Bu məsələdə dövlət və milli maraqlar hər zaman şəxsi ambisiyalardan üstün olmalıdır. Ona görə də elə etməliyik ki, 4 ildən sonra, biz - bütün karate federasiyaları olaraq yüksək  nəticələr əldə edək.

Onu da qeyd etməliyəm ki, bu günə qədər bizdə fəaliyyət göstərən bir çox karate federasiyaları olub. Bir qism ənənəvi, digər qism isə idman karatesinə üstünlük verib. Mahiyyət etibarilə bunların ikisi də eyni anlam verir. Sadəcə, ənənəvi karate ilə idman karatesinin qaydaları arasında fərqlər var.

Bu səbədən müyyən vaxtlar bu sahədə fikir ayrılıqları olub. Odur ki, məsələ qaldıranda ki, karate olimpiya idman növləri sırasında olmalıdır, ənənəvi karate ilə məşğul olanların bəziləri buna qarşı çıxıblar. Onlar belə hesab edirdilər ki, karate olimpiya idman növü deyil və ona görə də yalnız ənənəvi karate ilə məşğul olunmalıdır. Biz isə uzun illər olimpiya qaydalarına uyğun olaraq bütün gücümüzü karate federasiyaları ilə işləməyə yönəltdik, baxmayaraq ki, o zamanlar karatenin olimpiya idman növlərinə daxil olmaq şansı yox idi. İndi karatenin növləri çoxdur. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarında və 2020-ci ildə Tokioda baş tutacaq Olimpiya Oyunlarında bütün karate federasiyaları, klubları yüksək nəticələr əldə etmək üçün birlikdə çalışmalıdır. Azərbaycanı təmsil edəcək dünya şöhrətli karateçilərin yetişdirilməsi dövlət və milli maraqlarla yanaşı, həm də məşqçilərin şəxsi marağında olmalıdır.

Bu gün dövlətimiz tərəfindən Avropa, dünya və olimpiya çempionları çox yüksək səviyyədə müxtəlif mükafatlarla təmin edilirlər. Hər il onların sosial və maddi rifahları yaxşılaşdırılır. Əslində bir çox ölkələrdə belə bir praktika yoxdur. Hətta varsa belə, bizdəki qədər stimullu deyil. Bu baxımdan, məşqçilər də, idmançılar da, hamısı birlikdə bu istiqamətdə çox ciddi səylə çalışmalıdırlar.

-  Özünüz də qeyd etdinizn ki, bizdə kifayət qədər karate federasiyaları var. Təbii ki, onların hər biri istəyəcək ki, 2020-ci ildə Tokio Olimpiadasında iştirak etsin. Bəs bunun üçün konkret hansı ölçü və meyarlar olacaq?

- Bir daha qeyd edim ki, karate döyüş sənətidir. Bu günə qədər karate ənənəvi idman və döyüş sənəti olaraq qalmaqdadır. Yapon mütəxəssisləri üçün karate bir həyat yolu, bir həyat tərzidir. Biz bunların hamısını müsbət hal kimi qəbul edirik.

Karatedə qütbləşmə var: ənənəvi karate və idman karatesi. Bu günün idman karatesi gələcək 2020-ci il Tokio Olimpiadasında təmsil olunacağımız karatedir. Hazırda əsas məqsədimiz odur ki, olimpiadaya idman karatesi üzrə əsl və peşəkar idmançılar yetişdirə bilək. Eyni zamanda, ənənəvi karate növü ilə məşğul olan dostları da idman karatesinə cəlb edək.

Əsas məqsədimiz idman karatesini inkişaf etdirməklə yaxın gələcəkdə olimpiya çempionları əldə etmək, vətənə, dövlətə və millətə xeyr vermək, baş ucalığı gətirməkdir.

Onu da əlavə edim ki, ənənəvi karatenin tam sıradan çıxmamasının müsbət cəhətləri də var. Çünki dünyanın hər yerində hərbləşdirilmiş qurumlar, hüquq-mühafizə, xüsusi xidmət orqanlarında məhz ənənəvi karatedən istifadə edilir.

Olimpiyaya lisenziya almaq mərhələsinə qədər biz ilk növbədə ölkə daxilində idman karatesi üzrə respublika çempionatlarında bütün federasiyalarımızın iştirakını təmin etməliyik.

Yəni ölkədəki karate federasiya və klubları respublika çempionatlarında iştirak etməklə milli komanda tərkibində beynəlxalq Avropa və dünya yarışlarında döyüşməklə əslində olimpiya oyunlarına lisenziyaları əldə edə bilərlər.

Belə idmançılarımızın həqiqətən də Azərbaycanın hansı karate federasiyalarında təmsil olunmasının heç bir fərqi yoxdur. Bizə əsas lazım olan odur ki, idman karatesi üzrə yetişən gənclərimiz keyfiyyətli nəticələr əldə etsinlər və nizam-intizamlı olsunlar.

Biz istəyirik ki, həmin idmançıları yetişdirib öncə respublika, daha sonra Avropa, dünya çempionatlarında və nəhayət, Olimpiya Oyunlarında iştiraklarını, qələbələrini görə bilək. Azərbaycanda olan bütün karate klubları, federasiyaları Olimpiya Oyunları və idman karatesinin qaydalarına uyğundursa, onların respublika çempionatlarında iştirakına çalışacağıq.

Hətta əvvəllər karatedə olub, sonradan digər döyüş növləri ilə məşğul olan dostlarımıza da məsləhət bilirəm ki, vaxtaşırı öz tələbələrini idman karatesi üzrə də hazırlasınlar, vaxtı çatanda onları yarışlara çıxara bilsinlər. Yəni onlar digər döyüş növləri ilə yanaşı öz məşqlərini idman karatesi üzrə də davam etdirsinlər.

-  Dəfələrlə dünya və Avropa çempionu olmuş karateçi Rafael Ağayev Modern.az-z açıqlamasında deyib ki, 2020-ci il Tokio Olimpiyasında mübarizə aparmaq asan olmayacaq. Bəs siz Tokio Olimpiadasında Azərbaycan karate məktəbinin yetirmələrini hansı yerdə görürsünüz?


-  Rafael həqiqətən də dünya şöhrətli idmançıdır. Baxmayaraq ki, karate indiyə kimi olimpiya idman növləri sırasına aid deyildi, amma Rafael birmənalı olaraq olimpiya idman növündə olan qəhrəmanlarımızdan da güclü və məhşur idmançıdır. Rafael hələ də bu mənada öz statusunu qoruyub saxlayır, uzun illərdir ki, dünya və Avropa çempionluğunu əldən vermir.

Bizim üçün çox sevindircidir ki, Aykido idman ustası və Hollivud ulduzu Stiven Siql  Bakıda səfərdə olanda Rafael Ağayevi axtardı və onunla görüşərək şəkil çəkdirmək istədiyini bildirdi.

Əgər elə bir məhşur adam Rafael Ağayevə dəyər verirsə, deməli Rafael həqiqətən də dünya şöhrətli bir karateçi, idmançıdır və bu, bir peşəkarlıq göstəriscisidir.

Deməli, Rafael Ağayev yalnız dünyada yalnız karate ictimaiyyətində deyil, həm də bütün səviyyələrdə qəbul olunur. Biz çalışacağıq ki, Rafael Ağayevi hər mənada qoruyub saxlayaq. Rafaelin 31 yaşı var, olimpiya çempionu olmaq arzusu yalnız onun deyil, bütövlükdə Azərbaycan xalqının, dövlətinin istəyi, arzusudur. Tokio Olimpiadasında çempionluğa namizədlər arasında Ayxan Mamayev, Niyazi, Firdovsi kimi gənclərimiz də var. Əsas məqsədimiz odur ki, yüksək nəticə göstərə bilən idmançılarımızı qoruyub saxlaya bilək.

Bir məsələni də nəzərinizə çatdırım ki, Tokio Olimpiadası ərəfəsində yüksək nəticə göstərən karateçilərimiz öz karyeralarını başa vurmaq üzrədirlər. Təbii ki, bu, bizi qayğılandırır. İmkan daxilində onları qoruyub saxlamaqla yanaşı, idman karatesində daha yeni, gənc idmançılar yetişdirməliyik. Əgər belə olsa, düşünürəm ki, Tokioda qələbələrimiz daha çox olacaq.

Ümumiyyətlə, olimpiya oyunlarına qatılmaq üçün lisenziya qazanmaq lazımdır. Əgər Birinci Avropa Oyunlarında iştirak etmək hüququ Avropa və dünya çempionatlarında ilk 6-lığa daxil ola bilənlərə verilirdisə, yəqin ki, Olimpiya Oyunalarının şərtlər bundan da sərt olacaq. O baxımdan Tokioya lisenziya qazanmaq özü asan olmayacaq. Bunların hamısını nəzərə alaraq ciddi və məsuliyyətli hazırlıq prosesinə başlamaq lazımdır.

Amma onu da bilməliyik ki, karate olimpiya idman növləri sırasına daxil olduğu üçün bundan sonra yəqin ki, orada nəticə əldə etmək o qədər də asan  olmayacaq. Çətinliklər olacaq, buna baxmayaraq çempion olmaq üçün bütün gücümüzü səfərbər etrməliyik.


Ülvi müəllim, dünya karateçiləri karatenin olimpiya idman növləri sırasına daxil edilməsinə görə İlham Əliyevə minnətdar olmalıdır?


- Bizim ölkə başçısı hər zaman maraqlı ideya və təşəbbüsləri ilə seçilən, fərqlənən şəxsdir. Cənab Prezident bütün sahələrdə yeniliklərə imza atır. Demək olar ki, atdığı addımlarla tarix yazır. Bu, siyasətdə də, iqtisadiyyatda da, idmanda da, digər sahələrdə də belədir. Bakda Birinci Avropa Oyunlarının baş tutması və ölkə başçısı tərəfindən karatenin də oraya daxil edilməsi müstəsna bir hal idi. Bir idman tarixi idi. Karateçiləri olimpiya yarışlarına aparan yolun başlanğıcı idi. Buna görə Prezidentimizə minnətdarıq.

Həqiqətən də, Azərbaycanda idmana, xüsusilə də karateyə verilən bu cür dəyər məhz karatenin olimpiya idman növləri sırasına daxil olunmasına əvəzsiz təsir etdi.

Çünki Bakıda keçirilən Birinci Avropa Oyunlarına Avropa və Beynəlxalq Olimpiya Komitələri xüsusi nəzarət edərək öz qiymətlərini verdilər.

Buna görə də bütövlükdə dünyadakı bütün karate ictimaiyyəti cənab Prezident İlham Əliyevə minnətdar olmalıdır.

Cənab prezident hələ ötən əsrin 90-cı illərində, Mili Olimpiya Komitəsinin prezidenti və dövlət başçısı olmadığı zamanlarda belə, Azərbaycanda idmanın, xüsusilə də karatenin inkişafına xüsusi diqqət, qayğı göstərib. Biz o vaxtlardan bunu hiss etmişik.

İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycan prezidenti seçildikdən sonra da bu siyasətini davam etdirdi. Mən bunu yalnız karate üçün deyil, bütün idman növləri üçün deyə bilərəm.


Karate olimpiya idman növləri sırasına daxil edildikdən sonra ölkədəki karate federasiyalarından, klublardan sizə hansısa təkliflər gəldimi?

- Belə bir idman hadisəsinə, bayramına görə məni çox adam, dostlarım, idmançılar ürəkdən təbrik etdilər.

İndi gözləyirik ki, idmançı dostların hamısı istirahətdən qayıtsın. Fikrimiz var ki, hamı bir yerə yığışdıqdan sonra sentyabr ayında Gənclər və İdman Nazirliyi ilə birlikdə böyük bir toplantı keçirək, karate, Tokio Olimpiadası ilə bağlı ciddi müzakirələr aparaq.

 


Ağa AKİFOĞLU

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
22.09.2017, 00:56

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Minlərlə niderlandlı qadından pisuar etirazı
22.09.2017, 00:43

Minlərlə niderlandlı qadından pisuar etirazı

Hacıqabulda məsciddən oğurluq
22.09.2017, 00:30

Hacıqabulda məsciddən oğurluq

Bu gündən Məhərrəm ayı başlayır
22.09.2017, 00:14

Bu gündən Məhərrəm ayı başlayır

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO
21.09.2017, 23:55

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Azərbaycan nefti bir qədər də bahalaşdı
21.09.2017, 23:29

Azərbaycan nefti bir qədər də bahalaşdı

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib
21.09.2017, 23:16

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib
21.09.2017, 22:33

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN
21.09.2017, 22:19

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Ermənistan parlamentinin deputatları Bakıya gəlib
21.09.2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.0%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.93%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.6%)
- Məhərrəmlık əsl İslama ziddir(32.2%)