Modern.az

Peşə məktəblərində 23 mindən artıq şagird təhsil alır

Peşə məktəblərində 23 mindən artıq şagird təhsil alır

29 Oktyabr 2009, 11:19

Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsinin icrasına başlayıb. Layihə  ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərib və fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi