Modern.az

Mübariz Qurbanlının təklifi niyə REALLAŞMIR? 

Mübariz Qurbanlının təklifi niyə REALLAŞMIR? 

10 Avqust 2016, 14:07

Bir müddət əvvəl Dini Qurumlarla  İş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı məzar daşlarının standart olmasının zəruriliyini önə çəkmişdi.

 

Lakin o vaxtdan bəri hələ də məsələ qanunvericilikdə öz əksini tapmayıb.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü  Fazil Mustafa Modern.az-a açıqlamasında bu cür məsələlərin cəmiyyətlə birbaşa bağlı olduğunu düşünür.

 

“Məzar daşlarının standart formada olması məsələsi qanunvericlikdə nəzərdə tutulmalı idi. Dini Komitənin də bu məsələdə təşəbbüsü var idi və bu təşəbbüs çox faydalı təşəbbüs idi. Mübariz Qurbanlı Dini Komitənin sədri təyin olunandan sonra bu istiqamətdə müsbət addımlar ortaya qoyuldu. Amma bu məsələ birbaşa cəmiyyətlə bağlı məsələdir”.

 

Deputatın fikrincə, qanunda nəzərdə tutulsa belə insanların şöhrətpərəstliyi, cəhaləti, dini xurafata bağlılığı  bu yanlış adətlərin, insanlara əziyyət verən təzahürlərin ortadan qaldırılmasına imkan vermir.

 

“Hələ ki, bu istiqamətdə təşəbbüsdən başqa ortada bir şey yoxdur. Eyni zamanda, bunun qanunvericilikdə təsdiq olunması vacibdir. Azərbaycan kimi, “Şeyx Nəsrullah”ın din anlayışına əsrlərdir tabe olan bir cəmiyyətdən birdən-birə öz iradəsi ilə hansısa dəyişiklikləri gözləmək sadəlövhlük olardı”,-deyə o əlavə edib.

 

Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir