Modern.az

Ali məktəblərə ixtisas seçimi BAŞA ÇATDI

Ali məktəblərə ixtisas seçimi BAŞA ÇATDI

11 Avqust 2016, 09:32

“İyulun 29-dən ötən gecə saat 24:00-a qədər ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında 36628 abituriyent qeydiyyatdan ixtisas seçib. Bununla da, ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Komissiyadan deyilib ki, ixtisas seçimi edənlər içərisində ən çox I ixtisas qrupu üzrə Azərbaycan bölməsində 12362 nəfər olub.

O da bildirilib ki, bu il ali təhsil müəssisələrinə ən az qeydiyyatdan keçərək ixtisas seçən  abituriyentlər rus bölməsi üzrə IV ixtisas qrupundadır.

Belə ki, rusdilli abituriyentlərdən 154 nəfər qeydiyyatdan keçərək ixtisas seçib.

Bu il ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçmiş abituriyentlərin cəmi sayı isə 1488 nəfər olub.

Onlardan 1299 nəfəri Azərbaycan,189 abituriyent isə rus bölməsindən ixtisas seçib.

 Xatırladaq ki, TQDK I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini iyulun 29-dən avqustun10-na kimi aparıb.


Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçiminin yekunu olan statistik cədvəli təqdim edirik:
 

 

 

İxtisas qrupları

 

B o l m ə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

12362

9635

8496

2610

33103

Rus

1366

1285

717

154

3522

Cəmi

13728

10920

9213

2764

36626

 

Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin sayı:

 

B o l m ə

 

Azərbaycan

1299

Rus

189

Cəmi

1488

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır