Modern.az

“Qarabağ probleminin həllində irəliləyiş var”

“Qarabağ probleminin həllində irəliləyiş var”

11 Avqust 2016, 10:39

 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var”.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan deyib.

 

Dövlət başçısı bildirib ki, ilk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda normallaşma prosesi başlaya bilər.

 

Ərdoğanın sözlərinə görə, bütün dünya Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bilidr.

 

“Bəs hamı bunu bilir, etiraf edirsə, onda bu işğala niyə son qoyulmasın?. 23 ildən artıq bir müddət ərzində ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilməyiblər. Hazırda Rusiya Prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir".

 

Qeyd edək ki, Ərdoğan avqustun 9-da Sankt-Peterburqda Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir