Modern.az

700 bal toplayanlar bu ixtisasları seçdilər - SİYAHI

700 bal toplayanlar bu ixtisasları seçdilər - SİYAHI

11 Avqust 2016, 11:06

Bu il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlər üçün ixtisas seçimi ötən gecə başa çatdı. İxtisas seçimi edənlər sırasında 700 bal toplamış abituriyentlər də var.

Qeyd edək ki, bu il I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent, II və III ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.

Maraqlıdır, qəbul imtahanlarında rekord nəticə göstərmiş həmin 10 nəfər hansı ixtisasları seçdilər?

Modern.az saytı 700 bal toplayan gənclərlə əlaqə saxlayaraq, hansı ixtisasları seçdiklərini öyrənib.


I ixtisas qrupu üzrə:


Tural Ağayev deyib ki, Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması ixtisasını seçib. O, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

Rəvan Nəzərəliyevin də seçimi Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisası olub. Rəvan Xırdalandakı 5 saylı tam orta məktəbi bitirib. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir. 

Nadir Sultanlı da yuxarıdakı iki gənc kimi Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasını seçdiyini deyib. O, Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.

IV ixtisas qrupu üzrə:

Səbinə İsmayılova Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçib. O, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunudur.


Orxan Zülfüqarov
Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçdiyini deyib. Orxanın atası Əzim Zülfüqarov Modern.az-a bildirib ki, xaricdə təhsil proqramı dayandığından oğlu məcburən Azərbaycan Tibb Universitetini seçdi. O, əlavə edib ki, 2-ci kursdan Orxanı təhsilini davam etdirməsi üçün xaricə göndərmək istəyir.
Orxan Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin məzunudur. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır. 

Ağalətif Lətifov Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçdiyini deyib. O,  İsmayıllı rayonu 5 saylı orta məktəbin məzunudur. Ağalətifin atası onun təhsil aldığı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir, anası isə evdar qadındır. 

II və III ixtisas qrupu üzrə


Təbriz Qasımov deyib ki, Prezident yanında Dövlət İdarəçilik Akamdemiyasının hüquqşünaslıq ixtisasını seçib. O, Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyinin məzunudur.


Şahbaba Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyəixtisasını seçdiyini açıqlayıb. O,  rus bölməsi üzrə imtahan verib.

Fərid Hüseynov ADA Universitetininiqtisadiyyat ixtisasını seçdiyini bildirib. O, Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunudur.


Elvin İsayev
Bakı Dövlət Universitetinin hüquqşünaslıqixtisasını seçdiyini deyib.

 

Ağa  AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi