Modern.az

Velosiped sürən dövlət başçıları - FOTOLAR

Velosiped sürən dövlət başçıları - FOTOLAR

12 Avqust 2016, 16:57

Dövlət və hökumət başçıları tez-tez velosiped gəzintiləri ilə gündəmə gəlirlər.

Dünyada ekoloji problemlərə diqqətin artması, avtomobil və digər mühərrikli nəqliyyat vasitələrin havaya zərərli qazlar buraxması fonunda dövlət başçıları da velosipeddən ən ideal nəqliyyat vasitəsi kimi geniş istifadə edir.

 

Velosiped sürməyin həm sağlamlığa, həm də yanacağa qənaət baxımından böyük əhəmiyyətinin olduğu bildirilir.


Modern.az saytı velosiped sürərkən görüntülənən dövlət rəhbərlərinin fotolarını təqdim edir.


Rusiya prezidenti Vladimir Putin ötən il baş nazir Dmitri Medvedevlə Moskva yaxınlığında velosiped gəzintisində yaxalanmışdı.




Azərbaycan prezidenti İlham Əliyev də velosiped sürüərkən görüntülənib. Dövlət başçısı bu günlərdə İsmayıllı rayonuna səfəri çərçivəsində “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib. İlham Əliyev zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirib.

 

ABŞ-ın dövlət başçısı Barak Obama isə öz qızları ilə velosiped gəzintilərinə üstünlük verir.

 

Almaniya kansleri Angela Merkel velosiped sürərkən görüntülənməsə də, onun velosipedlə şəkli var.

 

Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron da velosiped həvəskarı sayılır. Vəzifə başında olduğu müddətdə baş naziri tez-tez velosipedlə hərəkət edən zaman görüntüyə alırdılar.

 

Gələn il Fransada keçiriləcək prezident seçkilərində qələbəyə ən real namizəd sayılan keçmiş dövlət başçısı Nikola Sarkozi professional velosipedçidir. O, hər gün bir neçə saat velosiped yürüşünə çıxır.

 

Gürcüstanın sabiq prezidenti və hazırda Ukraynada qubernator səlahiyyətlərini icra edən Mixail Saakaşvili Odessada velosiped idmanını populyarlaşdırmaqla məşğuldur. O, bu məqsədlə tez-tez Odessanın mərkəzində veloyürüşlər edir.

 

Hollandiyanın baş naziri Mark Ryutte isə İsrailə səfəri zamanı velosiped turu etmişdi.

 


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da velosipedə marağı az deyil. Ərdoğan dəfələrlə velisoped idarə edərkən fotokameranın yaddaşına düşüb.




Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu