Modern.az

Şahnaz Şahin – Ayrılıq çətin olacaq

Şahnaz Şahin – Ayrılıq çətin olacaq

Ədəbi̇yyat

13 Avqust 2016, 10:08

Şahnaz Şahin imzası oxuculara çoxdan tanışdır. Şairin indiyə qədər 3 şeir və bir publisistika kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirlərinə mahnılar bəstələnib.

 

 

...yenə gün axşam oldu...

yenə uçdu qaranlıq..

qürbətdən dən gətirib

yerə səpdi qaranlıq...

 yenə o deyən oldu..

yenə mən o dünyalıq...

çıxıb indi necə alım,

kimdən alım halallıq...

axırı gözlə dedilər...

keçib gedər dumanlar...

qayıdıb ürəyimi vurdu

o gümansız gümanlar...

 

AYRILIQ ÇƏTIN OLACAQ

Nə sahmanı pozulacaq,

 ... nə gözləri dolacaq,

 ...nə də dağılacaq dünya bizə görə...

Öz novbəsində gələcək fəsillər,

Öz vaxtında açacaq çıçəklər...

 yenə gorüşə qaçacaq sevgililər...

Sevgi şərqisi deyəcək bülbüllər.

Yenə saf məhəbbətə söz qoşacaq

şairlər...

Fəqət hər şey

başqa cür gorünəcək bizə...

 Arada dağlar duracaq...

Ayrılıq cətin olacaq...

 

***

 

...Səni ,

sonuncu gülləm kimi sıxdım ozünə...

çıxdın

 dişlərim arasından can kimi...

qan fişqırdı üzümə..!

...Boyat yuxuların əsiriydin...

yenəmi ağrıyır qolun,

ürəyinin yerinə...?!

 

***

 

...mən elektrik dirəyiyəm...

sinirlərim məftil....

 yüksək gərginlik mənim ücün heç nədi...

məndən asılıb "Əl vürma oldürər!" lövhəsi...

 ...yanımdan qorxa-qorxa keçib gedir adamlar...

eh... can yaman şirin şeydi..!

 ...qalaq-qalaq ağrıları ötürürəm ...

 cəkirəm başıma xatirələri...

uduram qəhər-qəhər

təzə kəşf etdiyim planeti....

...bu gün bitir ayrılıqlar!..

sabaha

vüsal da yoxdu...

...bilirsən..?

 

***

 

...Tərs oxunan dualardı,

gəlib düzünə çıxır...

Havada otlar göyərir

adamın dizinə cıxır...

Canını götürüb gedir

dünyadan canı olmayan...

Günəşdən toz qopur daha

ağzını tut, boğulmayaq...

Gecələr ovudur bizi,

aldadıb yuxu aparır...

Hələ də kimsə hardasa,

dəyəsən sorğu aparır...

 

***

 

...hər gün dolur ürəyim,

hər gün gozüm boşalır...

 çıxıb gedir doğmalar,

yad qalıb doğmalaşır...

Günü günə satıram

bir borcumu verməyə...

uduzuram bir ömrü

elə bircə kəlməyə...

ehey... harda qalmısan,

gözləyimmi.., gedimmi?!

bilmirəm demədiyin

söz yadına gəlirmi?!

sıxırmı ürəyini

ağrıdırmı dilini?!

bir əmanətin vardı...

di, tez ol aç əlini..!

 

***

 

Səni birinci

barmaqlarından başladım

unutmağa –

saçlarımdan sığalını yudum,

yanaqlarımdan öpüşlərini,

gozlərimdə yığılan

baxışlarını ağladım.

Soyundum əynimdən göruşlərini.

Sənmi söyləmişdin "pozu olmaz yazıya”?

Dəqiq sən söylədin, amma,

söylədin ki,

şansımız yox qovuşmağa.

Söküb atdım urəyimdən adını,

ürək yamaq götürmür!

Bacarsan sən də unut, unut,

səni sevməyən qadını...

 

***

 

SƏNİN ÜÇÜN

Bir ayrılıq şəkli var

Başımızın ustundə...

Gozlərimiz acışır

Həsrətin tüstüsundə...

Hər gun bir az uduzur

Ayrılığa bu ürək...

Hər yeni gün yazılır

Köhnə günə ölərək!

İslanır köhnə təqvim

Qopub düşür divardan.

Kimsə bəxtəvər deyir

Baxıb bizə kənardan.

 

***

 

...Bir sevda keçdi önümdən...

bir az gözləri qıyıqdı,

 Bir az ayağını çəkir,

azca da kefi yox idi.

Düşüb arxamca gəlmişdi,

deyirdi yaman darıxıb.

Deyirdi həyatı puçdu,

amma nəfsinə tox idi....

Hətta icazə istədi,

tutum əllərindən - dedi.

Bura ayrılıqdı – gedək,

utandım çəkdim əlimi....

...Allah nə gözəl yuxuydu..!

 

***

 

Sevgi bəzən

boşluğa yağan yağışdı,

Bəzən yalan, aldanış...

Bəzən də

gözlərin altına düşən qırışdı.

 

***

 

Hərdən xatırladır səni

boş küçələr...

Saçımın bir telini yandırıb

üfürürəm gecəyə quş lələyi bilib...

 ...Dartıb qırıram teleqraf tellərini...

atıram dənizə səsini...

Yumulur gecə çiçəkləri, silir pəncərəmdən

qan ləkələrini

küləklərin qoluna girib

asılıram Yer kürəsindən...

 Aşağıda kimsə şar uçurur havaya,

kimsə dənizə görüş təyin edir.

Kimsə neçənci dəfə tövbə deyir sevgiyə

boş küçələrdən keçib gedirəm,

ütüsü pozulur gecələrin.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!