Modern.az

İnternetin gələcəyi necə olacaq?

İnternetin gələcəyi necə olacaq?

Dünya

29 Oktyabr 2009, 11:56

"Google" şirkətinin baş direktoru Erik Şmidt qlobal şəbəkənin (İnternet) yaxın 5 ildəki inkişafı barədə fikirlərini bildirib.
E.Şmidt hesab edir ki, 2013-cü ildə internetdə Çin dilində informasiyalar çoxluq təşkil edəcək. Bundan əlavə kontentin əksər hissəsi videodan ibarət olacaq.

İnternetə çıxış sürəti "Google" rəhbərinin fikrincə, saniyədə 100 meqabitə çatacaq. Həmçinin, hər il çiplərdəki tranzistorların sayının iki dəfə artmasını nəzərdə tutan Mur qanununa uyğun olaraq kompüterlərin imkanları xeyli genişlənəcək.
E.Şmidt qeyd edib ki, 5 ildən sonra şəbəkədə hazırkı yeniyetmələr işləyəcək, yəni auditoriya hazırda gənclərin bacardığı, bir veb-əlavədən digərinə rahat keçə biləcək. Ən iri axtarış servisinin rəhbəri həmçinin bildirib ki, hazırda "Google" axtarış nəticələrinin ani siyahıya alınması funksiyası üzərində işləyir. Şirkətin planları ilə bölüşərkən E.Şmidt bildirib ki, artıq 2010-cu ildə şirkət "Google" əməliyyat sistemi ilə təchiz olunmuş netbukların buraxılacağını gözləyir. Bu cür netbukların köməyi ilə istifadəçilərin internetə çıxışlarının asanlaşacağı proqnozlaşdırılır.
 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı