Modern.az

Tələbə adı qazananlara XƏBƏRDARLIQ - avqustun 25-dək qeydiyyatdan keçin

Tələbə adı qazananlara XƏBƏRDARLIQ - avqustun 25-dək qeydiyyatdan keçin

15 Avqust 2016, 10:46

Tələbə adı qazanan şəxslər bu gündən başlayaraq avqustun 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. 

Komissiyadan bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

12 309 nəfər dövlət sifarişi əsasında, 21 915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi