Modern.az

Azərbaycana keçmiş erməni barədə beynəlxalq təşkilatlara məlumat verildi

Azərbaycana keçmiş erməni barədə beynəlxalq təşkilatlara məlumat verildi

15 Avqust 2016, 12:19

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycana keçmiş Ermənistan vətəndaşı barədə beynəlxalq təşkilatları məlumatlandırıb.

Dövlət Komissiyasından Modern.az-a bildirlib ki, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.
 
Hazırda beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq saxlanılmış şəxslə bağlı zəruri prosedurlar həyata keçirilir. Məsələ barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir