Modern.az

Prezidentlər kimə, nəyə və necə gülür - MARAQLI

Prezidentlər kimə, nəyə və necə gülür - MARAQLI

15 Avqust 2016, 13:18

Gülüş ömrü uzadır, gülüş xoş əhval, xoş ovqat yaradır. Gülmək hamıya yaraşır, sıravidən tutmuş məşhurlara qədər... Amma yerində. Və sözsüz ki, hər gülüşün bir səbəbi var.

Elmi bir araşdırma gülümsəmənin yoluxucu olduğunu göstərib.  Ətrafında gülümsəyən insanlar varkən, üzünü turşutmaq daha çətindir.

Bəs həmişə ciddi gördüyümüz prezidentlər kimə, nəyə və necə gülür?

Modern.az-ın dövlət başçıları ilə bağlı növbəti yazısı bu haqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin növbəti gülüş hədəfi yenə də Ermənistan prezidentidir:

- Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək.

 

Belarus prezidenti Aleksandr Lukaşenkonu qəh-qəhə ilə güldürməyə bu dəfə teleaparıcı səbəb olub. Yerli kanalların birinə müsahibə verməyə gələm Lukaşenkoya çəkilişdən əvvəl aparıcı bir lətifə söyləyib:

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama və Lukaşenko bir qayıqda üzməli olurlar. İlk olaraq Putin dillənir:

- Mən nəhəng bir dövlətin başçısıyam. Ona görə də mən avar çəkməyəcəyəm.

Dərhal Obama da öz fikrini bildirir:

- Sözsüz ki, mən də avar çəkməyəcəm. Axı mən Amerikanın prezidentiyəm.

Vəziyyəti belə görən Lukaşenko dodaqaltı gülümsəyərək deyir:

- Gəlin onda səsə qoyaq.

Səsvermədən sonra Putinlə Obama avar çəkməli olurlar. Putin əsəbi halda Obamanın qulağına pıçıldayır:

- Batka yenə bizə kələk gəldi. Biz üç nəfərik, amma ona dörd nəfər səs verib.

 

ABŞ prezidentinin növbəti dəfə belə uğunmasının səbəbi məhəbbətdir. Ali Məhkəmə eynicinslilərin nikahı haqqında müsbət qərar çıxaran kimi Barak Obama dərhal FB-də status paylaşıb:

- İndicə məhəbbət qələbə çaldı.

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ən gərgin anda belə təbəssümü ilə qarşısındakını çaş-baş sala bilər. Elə əksər vaxtlarda da Putin öz ciddi mesajlarını gülə-gülə çatdırır:

- Biz bütün ölkələrə öz dost və kömək əlimizi uzada bilərik. Amma unutmayın ki, bizim əlimiz siz düşündüyünüzdən də çox uzundur.

 

Almaniya kansleri Angela Merkelin budəfəki qəh-qəhəsinin səbəbi iki kişinin görüşüdür. Milanda Vladimir Putinin ukraynalı həmkarına ilk olaraq əl uzatması xanım siyasətçinin ürəkdən gülüşünə səbəb olub.


 

Əsl ağsaqqal gülüşü. Qazaxstan prezidenti Nursultan Nazarbayev gülməklə yanaşı, güldürməyi də bacarır. Elə ötən 8 mart ərəfəsində ölkəsinin tanınmış xanımları ilə görüşdə söylədiyi lətifə hamının gülüşünə səbəb olub:

“Bir qadın altı uşağı ilə birgə avtobus gözləyir. Nəhayət avtobus gəlir və qadın uşaqlları bir-bir avtobusa ötürür. Bir, iki, üç... Hövsələsi daralan sürücü üzünü qadına tutur:

- Ay xanım, bunların yarısını evdə qoyardın da...

Qadın təmkinini pozmadan cavab verir:

- Vallah sən deyən kimi eləmişəm, yarısı evdədir, sən səbrli ol”.


 

Şimali Koreyanın dövlət başçısı Kim Çen In heç kimə və heç nəyə gülmür. O, gülüşdən məmurlarının "sədaqətini" yoxlamaq üçün vasitə kimi istifadə edir. Belə ki, Kim Çen In gülürsə, hamı gülməlidir. Kimin dodağı qaçmadısa edam mütləqdir.

Depressiya gülüşü. Yaxud Ermənistan prezidenti Serk Sarkisyanın özəl və ekskluziv Aprel gülüşü...

 

Tanrı çöhrənizdən gülüşü, təbəssümü əskik etməsin. Gülün ki, həyat da sizin üzünüzə gülsün.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi