Modern.az

“Qafqazinfo” məktəb yaşına çatdı

“Qafqazinfo” məktəb yaşına çatdı

Media

16 Avqust 2016, 13:02

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının 6-cı ili tamam olur. Sayt 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. “Qafqazinfo” fəaliyyətə başladığı gündən oxucuları operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürüb və bu gün də həmin prinsiplərə sadiqdir. Bu baxımdan da hazırda saytın oxucuları bəlli bir çevrə deyil, ən müxtəlif sosial qrupları təmsil edən internet istifadəçilərindən ibarətdir.

 

Modern.az-ın məlumatına görə, “Qafqazinfo”nun redaksiyasından bildirilib ki, sayta istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində sayta 100-dən çox xəbər qoyulur, bu xəbərlər ən müxtəlif sahələri əhatə edir. Hazırda sutka ərzində 18 saat yenilənən “Qafqazinfo” yaxın zamanlarda 24 saatlıq iş rejiminə keçəcək və oxucuları fasiləsiz olaraq yeni xəbərlərlə təmin edəcək.

 

“Qafqazinfo” Azərbaycanda fəaliyyət göstərən ictimai - siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir, xəbər rangarəngliyini qoruyur.

 

Hazırda redaksiyada 20-yə yaxın əməkdaş, əsasən gənclərdən ibarət olan kollektiv çalışır. Onların hər biri ilə əmək müqaviləsi bağalnıb, müvafiq vergi və sosial ödənişlər həyata keçirilir. Şirkət ƏDV ödəyicisidir.

 

Sayta gündəlik 80 mindən artıq unikal İP-dən 100-120 min, aylıq isə 3 milyondan çox ziyarətçi daxil olur. Oxucuların 90 faizi Azərbaycan ziyarətçisidir.

 

“Qafqazinfo”nu kompüterlə bərabər internetə çıxışı olan bütün elektron cihazlarda oxumaq mümkündür. Saytın mobil versiyası telefonla xəbərlərin rahat oxunması və paylaşılmasına imkan yaradır. Bir müddət əvvəl “Qafqazinfo”nun android telefonlar üçün nəzərdə tutulmuş mobil tətbiqetməsi oxuculara təqdim olundu. İOS tətbiqetmə də qısa müddətdə istifadəyə veriləcək.

 

Modern.az saytı altı yaşı münasibəti ilə “Qafqazinfo”nun kollektivini təbrik edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır