Modern.az

Türkiyə parlamenti İsraillə sülh razılaşmasını müzakirə edib

Türkiyə parlamenti İsraillə sülh razılaşmasını müzakirə edib

17 Avqust 2016, 15:27

Türkiyə ilə İsrail arasında olan razılaşma Türkiyə Böyük Millət Məclisində müzakirə edilib. İ

 

srail hökuməti israilli xüsusi təyinatlılar tərəfindən Mavi Mərmərə gəmisində öldürülən 9 türk vətəndaşı üçün 20 milyon dollar  təzminat verəcək və Mavi Mərmərə hadisəsi bağlanacaq.

 

Ömürlük həbs cəzası istənilən 4 israilli komandirin məhkəməsi ləğv ediləcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM-də ələ alınan razılaşmaya görə, İsrail 20 milyon dolları Mavi Mərmərə gəmisində zərər görən vətəndaşların ailəsinə ödəyəcək.

 

Ödəmə İsrail tərəfindən 25 gün içində olacaq. Göndərilən təzminatın kimə nə qədər veriləcəyinə Türkiyə hökuməti qərar verəcək.

 

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı