Modern.az

Qənirə Paşayeva Türkiyə mətbuatına müsahibə verib

Qənirə Paşayeva Türkiyə mətbuatına müsahibə verib

2 Fevral 2011, 15:06

Türkiyənin “Aydınlıq qəzet”i millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib.

 “Aydınlıq qəzeti”nin əməkdaşı Sevim Erolün götürdüyü müsahibə “Türk diasporları birlikdə çalışmalıdır”, “Ortaq tarix kitabı yazmalıyıq” kimi yarımbaşlıqlarla təqdim olunub.

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva müxbirin suallarını cavablandırarkən Türk Dünyasının dünya siyasətinə yön verən təsirli mövqeyə sahiblənmək üçün gərəkən potensiala sahib olmasından, bu potensiala uyğun hər bir türk insanının, türk dövlət və topluluqlarının qarşısında duran vəzifələrdən söz açıb, öz fikir və mülahizələrini bölüşüb.

Q.Paşayeva Sovetlərin çöküşü, Türk Dünyasının yaxın keçmişi, Türk Dünyasının ağrılı problemləri və özəlliklə, Azərbaycan torpaqlarının işğalı faktı, bu faktın doğurduğu nəticələrlə bağlı ətraflı danışaraq, Xocalı soyqırımı, qaçqın və məcburi köçkün soydaşlarımızın aqibəti barədə söz açıb. Millət vəkili xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları diqqətə çatdırıb. 

Qənirə Paşayeva Azərbaycan insanının Türk Dünyasından gözləntiləri haqqında fikirlərini bölüşərkən, eyni zamanda Azərbaycanın türk birliyinə bugünədək verdiyi və verməkdə olduğu böyük töhfələri də faktların dili ilə açıqlayıb. O, Türk Dünyasının sabahı, həmin arzulanan sabaha yetmək üçün atılmalı olan addımları öz baxış bucağından təhlil edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi