Modern.az

“Hərbi çevrilişlə əlaqədar 40 min nəfər saxlanılıb”

“Hərbi çevrilişlə əlaqədar 40 min nəfər saxlanılıb”

Dünya

18 Avqust 2016, 00:41

Hərbi çevrilişə cəhddən sonra ölkədə 40 min nəfər saxlanılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

 

Onun sözlərinə görə, onlardan 20 min nəfərinə qarşı həbs qətimkan tədbiri seçilib. 80 min dövlət qulluqçusu vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə)  həlak olub, 2 mindən çox şəxs yaralanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır