Modern.az

Misirdə prezident tərəfdarları ilə müxalifətçilərin dəyənək davası

Misirdə prezident tərəfdarları ilə müxalifətçilərin dəyənək davası

2 Fevral 2011, 16:50

Hüsnü Mübarəkin sentiyabrda baş tutacaq seçimlərdə iştirak etməyəcəyi barədə verdiyi açıqlamaya baxmayaraq Misirdə ixtişaşlar səngimir.

Modern.az xarici mətbuata istinadən bildirir ki, bu dəfə Qahirədə Mübarək tərəfdarları ilə müxalifət nümayəndələri arasında qarşıdırma baş verib. İxtişaşların 9-cu günündə Mübarəkin istefasını istəyən aksiyaçılar mitinqin mərkəzi yeri-Təhrir meydanında yığışmağa davam edərkən, Mübarək tərəfdarlarının da Mustafa Mahmud meydanında bir araya gəldiyi bildirilir.

İki meydan arasında məsafə çox yaxın olduğundan Mübarək tərəfdarları ilə aksiyaçılar arasında qısa müddətdə qarşıdurma baş verdiyi qeyd edilir.

Hər iki tərəfin nümayəndələrinin bir-birlərini dəyənəklərlə vurduğu və qarşıdurmada yaralananlar olduğu vurğulanır.

Qeyd edək ki, Misirin İsgəndəriyyə şəhərində də dünən Mübarək tərəfdarlarıyla müxalifətçilər arasında qarşıdurma olmuşdu. Dəyənəklərlə hücum edən tərəflərin arasına ordu qüvvələrinin girməsinə baxmayaraq, hadisə yerində çoxlu sayda insan yaralanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır