Modern.az

Rövşən Lənkəranski atasının yanında dəfn edildi

Rövşən Lənkəranski atasının yanında dəfn edildi

19 Avqust 2016, 11:18

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.

 

 

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, R.Caniyev Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində xeyli insan iştirak edib.

 

 

Qeyd edək ki, R. Lənkəranskinin cənazəsi gecə saatlarında xüsusi reyslə İstanbuldan Lənkərana gətirilib. O, İstanbulda naməlum şəxsləri tərəfindən güllələnib.

 

Xəsarətlə İstanbulun Florence Nightingale Xəstəxanasına yerləşdirilib və orada  dünyasını dəyişib.

 

 

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir