Modern.az

Erməni politoloqdan etiraf:  “İlham Əliyev Sarkisyanı məğlub etdi”

Erməni politoloqdan etiraf:  “İlham Əliyev Sarkisyanı məğlub etdi”

19 Avqust 2016, 11:54

Ermənistan Politoloqlar İttifaqının prezidenti və “Yeni Ermənistan” partiyasının idarə heyətinin üzvü Amayak Ovanisyan ölkə rəhbərliyinin siyasətini sərt tənqid edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq İlham Əliyevin diplomatiya meydanında Ermənistan prezidentini məğlub etdiyi etiraf edib.

 

“Ermənistan hakimiyyətinin gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinə zərbə vuraraq bu münasibətləri bir daha bərpa edilməyəcək səviyyəyə çatdırmaq üçün 8 ay vaxtı var idi. Amma onlar yatırdılar. Amma İlham Əliyev rus-türk münasibətlərinin bərpası üçün hər şeyi etdi. O, Qarabağ məsələsnin həll olunmasının qismən olsa da bundan asılı olduğunu bilirdi. İlham Əliyev bizi qabaqladı”.

Amayak Ovanisyan erməni diplomatiyasının passiv olduğunu və buna qarşılıq Azərbaycanın məntiqi siyasət yürütdüyünü deyib.

“Ermənistan diplomatiyası infantil, qeyri-ciddi və passividr. Yalnız Qərblə Rusiya arasında körpü rolunu oynaya biləcəyi ilə bağlı çağırışlar edə bilir. Azərbaycan isə sakitcə, heç bir səs salmadan bu işi görə bildi”.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir