Modern.az

Çanaqqalada Azərbaycan türkünün qəhrəmanlığı hamımız üçün qürurvericidir

Çanaqqalada Azərbaycan türkünün qəhrəmanlığı hamımız üçün qürurvericidir

29 Oktyabr 2009, 11:17

Oktyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında "Çanaqqaladan başlanan yol" filminin təqdimatı keçirilib. Film  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının maliyyə dəstəyi ilə "AQAP" prodüser mərkəzində tanınmış prodüser Bəxtiyar Həsənov tərəfindən çəkilib. Filmin ssenari müəllifi Arzu Qazıyeva, quruluşçu rejissoru Rövşən İsmayılov, operatoru Nuray Səfərlidir.

Filmin ssenari müəllifi Arzu Qazıyevanın bildirib ki, layihə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən də dəstəklənib. Qeyd edək ki, film 1920 -1922-ci illərdə Türkiyənin milli istiqlal savaşına Azərbaycan türklərinin yardımından bəhs edir. Bu hadisələrin mərkəzində Atatürkün Sovet Azərbaycanı hökuməti ilə əlaqələri dayanır. Filmin çəkilişləri Ankarada (Atatürk Mavzoleyində, ilk parlament muzeyində), İstanbulda (Topqapı muzeyində), Çanaqqalada (Çanaqqala muzeyində, Çanaqqala şəhidliyində) aparılıb, Türkiyə tarixçilərindən müsahibələr alınıb. Filmin xronometrajı 55 dəqiqədən ibarətdir.

Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Surasının sədri Azay Quliyev Modern.az saytına bildirib ki, şura yarandığı gündən milli, mənəvi və tarixi sahələrə xüsusi diqqət ayırır: “Çanaqqala türkün ən şanlı səhifələrindəndir. Azərbaycan türkünün bu səhifədə olması hamımız üçün qürurvericidir. Biz bundan sonra da belə məqamlara diqqət verəcəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir