Modern.az

Ölkədə evlərində sosial-məişət xidməti alan şəxslərin sayı AÇIQLANDI

Ölkədə evlərində sosial-məişət xidməti alan şəxslərin sayı AÇIQLANDI

Hadisə

19 Avqust 2016, 15:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən hazırda respublika üzrə 11901 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, 2346 nəfərini I və II qrup əlillər təşkil edir.

 

Qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayantənha ahıllar və I qrup əlillər, habelə köməyə ehtiyac duyan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) müraciətləri əsasında evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

 

Sosial-məişət xidmətlərinin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə uyğun şəkildə həyata keçirilir.

 

 

Hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq “sosial işçi” modeli əsasında  təkmilləşdirilməsi işləri aparılır. “Sosial işçi”  modeli sosial işin əhatə etdiyi şəxslərin kateqoriyalarının və funksional miqyasının genişlənməsini nəzərdə tutur.

 

Bu modelə sosial xidmətlərə ehtiyac duyan digər insanların (sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar,məişət zorakılığına məruz qalmış şəxslər, insan alveri qurbanları və b.) da həmin xidmətlərə əlçatanlığının təmin olunması və problemlərinin həlli istiqamətində müvafiq işlərin aparılması təmin olunub.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı