Modern.az

Bakının məşhur “Luna Park”ı niyə işləmir?

Bakının məşhur “Luna Park”ı niyə işləmir?

19 Avqust 2016, 16:52

Xətai rayonu ərazisində yerləşən və illər əvvəl insanların əsas əyləncə mərkəzlərindən olan “Luna Park” xarabalığa çevrilməkdədir.

Park ilkin olaraq Nobel qardaşlarının şərəfinə “Nobel bağı”, bir müddət sonra isə "Rote fane" (almanca "Qırmızı bayraq") adlandırılıb.

İkinci Dünya Müharibəsi dövründə parka dahi şair Nizami Gəncəvinin adı verilib, hətta şərəfinə heykəl də ucaldılıb. Təxminən 2000-ci illərdə park yeni adı ilə parlamağa başladı: “Luna Park”. Məhz bu addan sonra parka daha çox insan axışmağa başladı.
Ərazidə quraşdırılan attraksionlar insanları cəlb etdi. Amma bu da uzun sürmədi. Artıq 6 ildən çoxdur ki, park fəaliyyətini tamamilə dayandırıb. Bəzi mənbələr ərazinin özəlləşdirilərək hansısa sahibkara satıldığını iddia edir...

Məsələ ilə bağlı yaranmış suala isə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov Modern.az-a açıqlamasında aydınlıq gətirib.

O deyib ki, ərazi park olaraq fəaliyyətini davam etdirəcək:

“Ora park kimi saxlanacaq və əsaslı təmirdən sonra sakinlərin ixtiyarına veriləcək. Təmir işləri “Ağ Şəhər” tərəfindən aparılacaq. Onlar işləri qrafik üzrə aparırlar”.

Təmirin nə vaxt başlayıb, nə vaxt yekunlaşacağı barədə məlumatlı olmadığını bildirən rayon rəsmisi parkın necə adlanacağını da bilmədiyini deyib.

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir