Modern.az

Azərbaycanlı deputatların Moskva səfərinin məqsədi AÇIQLANDI

Azərbaycanlı deputatların Moskva səfərinin məqsədi AÇIQLANDI

19 Avqust 2016, 17:12

“Azərbaycanla Rusiya arasındakı münasibətlər sıx dostluq və mehriban qonşuluq üzərində qurulub. Bu münasibətlər parlamentlərarası səviyyədə də davam etdirilir.

Sentyabr ayının 18-də Rusiyadakı parlament seçkilərini izləmək üçün Azərbaycandan dostluq qruplarının üzvləri, deputatlar müşahidəçi kimi Moskvaya yollanacaqlar”.

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuun üzvü Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, hər iki ölkə parlamentlərinin dostluq qrupları daim bir-biri ilə sıx əlaqə saxlayır:

“Hər iki tərəfin deputatları vaxtaşırı görüşlər. Bu baxımdan hər iki tərəf mövcud münasibətlərdən çox razıdır. Bundan başqa, Azərbaycan və Rusiya deputatları keçirilən seçkilərdə və referendumlarda müşahidəçi kimi də iştirak edirlər. Biz inanırıq ki, 18 avqustda Rusiya dumasına keçiriləcək seçkilər demokratik şəkildə baş tutacaq.

Hər iki ölkənin parlament üzvləri mühüm məsələlərdə hər zaman əlaqə saxlayaraq, müzakirələr aparır. Parlamentlər arasındakı dostluq qrupları çərçivəsində və ya da rəhbərlik səviyyəsində də müvafiq olaraq mühüm məsələlər müzakirə edilir. Rusiya və Azərbaycan parlamentləri arasında il ərzində 1-2 dəfə qarşılıqlı səfərlər reallaşır”.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir