Modern.az

“Ermənilərin Cıdır düzündə qondarma tarix axtarırlar”

“Ermənilərin Cıdır düzündə qondarma tarix axtarırlar”

19 Avqust 2016, 18:11

“Ermənilərin Dağlıq Qarabağın Cıdır düzündə yerləşən Daşaltı vadisində qazıntı işləri aparması növbəti vandalizm və provokasiya aktıdır. Ermənilər torpaqlarımızı uzun illərdir işğal altında saxlamaqla bu cür təxribatları davam etdirirlər”.

Bu sözləri Modern.az-a “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

O bildirib ki, ermənilər Qarabağda bu cür qazıntılar aparmaqla özlərinin qondarma tarixlərini axtarırlar:

“Ermənilərin Daşaltı vadisində qazıntılar aparılmasında əsas məqsəd özlərinin olmayan qondarma tarixlərini axtarmaqdır. Amma bu axtarışlarla həmin torpaqların özlərinə məxsus olmasını sübut edən nələrisə tapa bilməyəcəklər”.

Rövşən Rzayev deyib ki, ermənilərin apardığı arxeoloji qazıntılar heç bir ciddi nəticə verməyəcək:

“Qazıntılar heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq. Çünki tarixən Azərbaycan torpaqlarında erməni izini tapmaq qeyri-mümkün olub.

Bu qazıntıları da növbəti təxribatçı hərəkətlərin davamı kimi qiymətləndirmək olar.

Ermənilər Azərbaycana aid olan rayon, kənd və çayların adlarını nə qədər dəyişdirməyə cəhd etsələr belə, tarixi saxtalaşdırmaqla məşğul olsalar da, heç vaxt istədiklərinə nail olmayacaqlar”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı