Modern.az

Saakaşvilinin anası İsmayıl Ömərova mükafat verib

Saakaşvilinin anası İsmayıl Ömərova mükafat verib

Mədəni̇yyət

3 Fevral 2011, 10:42

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov xüsusi mükafata layiq görülüb. “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin rəhbəri, Gürcüstan prezidentinin anası Qiuli Alasaniya tərəfindən təqdim olunan mükafat İctimai Televiziyanın “Yeni Gün” proqramında Azərbaycan və Türkiyə arasında həyata keçirilən telekörpü layihəsinə görə verilib.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Modern.az-a bildirilib ki, təqdimat mərasimində çıxış edən “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin rəhbəri İctimai Televiziyanın region gənclərinin bir araya gəlməsində və əməkdaşlıqda mühüm rol oynadığını xüsusi vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir