Modern.az

İsmayıllıdakı velosiped zavodunun planı AÇIQLANDI

İsmayıllıdakı velosiped zavodunun planı AÇIQLANDI

20 Avqust 2016, 09:53

Avqustun 10-da İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodu fəaliyyətə başlayıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Azər Bədəlov zavodun fəaliyyəti ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

O bildirib ki, İsmayıllıdan 6 km məsafədə Dialı kəndi ərazisində yerləşən zavodun ümumi sahəsi 8 hektar, tikintiyə aid sahəsi 5 min kvadratmetrdir:

 

“Hazırda müəssisədə 30-a qədər işçi çalışır. Zavod tam gücü ilə fəaliyyətə başlayanda işçilərin sayı 60-a çatdırılacaq. Hazırda işçilər bir növbədə çalışır. Gələcəkdə tələbata uyğun olaraq iki növbəli rejimə keçmək üçün şərait var. Zavodda çalışmaq üçün müraciət edənlərin hamısı qeydiyyata alınır. Qadın yaxud kişi fərqi qoyulmur”.

A.Bədəlov bildirib ki, zavodda il ərzində 5 növ olmaqla 20-30 min ədəd velosiped istehsalı planlaşdırılır:

 

“Zavodda velospidlə yanaşı əlillər üçün nəzərdə tutulmuş arabalar da istehsal ediləcək.

Velospedlərin həm yarışlar, həm gündəlik olaraq istifadə üçün növləri olacaq. Məhz buna görə 5 növ nəzərdə tutulub. Hazırda zavod fəaliyyətdə olsa da işçi heyəti tam olaraq formalaşmayıb”.

Qurum rəsmisi istehsal ediləcək velosipedlərin qiymətinə də aydınlıq gətirib:

 

“İstehsal üçün avadanlıqlar Hollandiya, Çin, Bolqarıstan, Türkiyədən gətirilib. Velosipedlərin hissələrinin 50 faizi burda istehsal olunacaq, yerdə qalan 50 faizi isə Bolqarıstandan gətiriləcək.

Bir velosipedin satış qiyməti təxminən 200-400 manat arasında dəyişəcək. Bu təxmini rəqəmdir, satış şöbəsi tam formalaşandan sonra dəqiqləşəcək. Təbii ki, nisbətən ucuz velosipedlər də satışa çıxarılacaq”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir