Modern.az

Xərçəng şişini məhv edən nanorobotlar yaradıldı - YENİLİK

 Xərçəng şişini məhv edən nanorobotlar yaradıldı - YENİLİK

20 Avqust 2016, 10:55

Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər.

 

Modern.az xəbər verir ki,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatında bu barədə bildirilib.

 

Alimlər qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.

Siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

 

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir.

 

Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?