Modern.az

Səhiyyə Nazirliyi 22 apteki cərimələyib

Səhiyyə Nazirliyi 22 apteki cərimələyib

29 Oktyabr 2009, 14:07

2009-cu ilin 10 ayı ərzində Səhiyyə Nazirliyinin, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən lisenziyasız tibb fəaliyyəti ilə məşğul olmağa görə 116 fakt aşkar edilib.

Nazirlyin mətbuat xidmətindən Modern-az-a verilən məlumata görə, lisenziyasız əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə isə 2009-cu ilin son üç ayı ərzində 119 fakt aşkarlanıb. Səhiyyə nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsi barədə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən cərimə sanksiyaları tətbiq edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub