Modern.az

Dövlət başçılarının toy ŞƏKİLLƏRİ

Dövlət başçılarının toy ŞƏKİLLƏRİ

Mədəni̇yyət

21 Avqust 2016, 11:54

Yəqin ki, çoxunuza müxtəlif ölkələrin prezidentlərinin toy fotolarına baxmaq maraqlıdır.

Modern.az saytı dövlət başçılarının toy şəkillərini təqdim edir.

Rusiya prezidenti Vladimir Putin və keçmiş xanımı Lyudmila Leninqradda tanış olub. O vaxtlar Putin “KQB”də işləyirdi. Onlar 1983-cü ildə Leninqradda ailə qurublar. İki il sonra Mariya, daha bir il sonra isə Yekaterina adlı qızları dünyaya gəlib. Məlumata görə, prezidentin qızları hazırda Moskvada yaşayır və orada da işləyirlər.

ABŞ prezidenti Barak Obama və xanımı Mişel 1992-ci ildə ailə həyatı qurublar. 2 qız övladları var. Maliya Enn (1998) və Nataşa (“Saşa” 2001) .

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 1983-cü ildə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladları, dörd nəvələri var.

ABŞ-ın keçmiş dövlət başçısı Bill Kilnton və xanımı Hillari universitetdə oxuyan zaman tanış olurlar. Onlar 1975-ci ildə evləniblər. Bu evlilikdən Çelsi adlı qızları var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə ilə 1977-ci ildə konfransda tanış olub. 4 iyul 1978-ci ildə ailə həyatı qurublar. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı var.

ABŞ-ın eks-prezidenti Con Kennedi 1953-cü ildə Jaklin Li Buvye ilə ailə həyatı qurur. Bu evlilikdən 4 uşaq doğulub ki, onlardan 2-si anadan olandan az sonra vəfat edirlər.

1. Arabella (doğulub və ölüb 1956)

2. Karolina Kennedi (1957-)

3. Con Ficerald Kennedi kiçik (1960-1999)

4. Patrik (doğulub və ölüb 1963)

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko 1995-ci ildə Aleksandr ilə ailə həyatı qurub. Yevgeniya adlı bir qızı var.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir