Modern.az

Azərbaycana gələn ərəb turistlər: "Qiymətləriniz bir az aşağı olsaydı..." - REPORTAJ

Azərbaycana gələn ərəb turistlər: "Qiymətləriniz bir az aşağı olsaydı..." - REPORTAJ

Reportaj

21 Avqust 2016, 13:22

Viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Ərəblərin kütləvi şəkildə Bakıya axını bu ilin iyul ayının əvvəllərindən başlayıb.

Azərbaycana üz tutan ərəblər əsasən  Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq kimi dövlətlərdən gəlirlər.

Onlar daha çox şəhərin lüks hesab olunan otellərində qalır və ən bahalı restoranlardan istifadə edirlər.

Modern.az saytının əməkdaşı Bakı küçələrində rastlaşdığı ərəb turistlərlə hömsöhbt olub. Onlarla söhbətlərdən belə məlum olub ki, Azərbaycana gəlməkdən məmnundurlar.

Hüseyn əl-Xalid Birləşmiş Ərəb Əmirliklərindən gəlib:

“Təhlükəsizlik məsələsinə görə Azərbaycan 1-ci yerdədir. Milli yeməkləriniz çox dadlıdır. Təmizlik yüksək səviyyədədir. Biz istiyirik ki, gələn dəfə Azərbaycana səfər edəndə Körfəz ölkələrin burda bankları olsun və pullarından istifadə olunsun. Çünki biz gətirdiyimiz pulları  dəyişə bilmirik. Hazırda mənim üstümdə Körfəz pulu var, bir şeylər almaq istiyirəm, amma ala bilmirəm.
Bakıda daha çox xoşuma gələn yer Bayraq meydanı tərəfdir. Bölgələrdən isə daha çox Qax və Qəbələdən xoşum gəldi. Mənim bölgələrdə xoşuma gəlməyən bir şey oldu ki, o da yeməklərin baha olması idi. Bakıda olan yeməklər bölgələrdəkindən daha ucuz və keyfiyyətlidir”.


Əhməd də Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gəlmiş turistlərdəndir:

“Mən “Emirates” televizyasında müxbir işləyirəm. Biz bilirik ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında iqtisadi və mədəni əlaqələr var. Ümid edirik ki, bu əlaqələr gələcəkdə daha möhkəm olacaq. İki ölkə arasında viza şərtlərini lap asanlaşdırsaq, çox gözəl olar. Düzdür, hər şey rahatdır, amma daha da rahat olsa, əla olar. Mənim Azərbaycanda hər bir şey xoşuma gəlib. Otel və restoranların Bakıda olan qiymətləri normaldır.
Qəbələdə olan restoranlarda Bakıdakı qədər menyü yoxdur. İnsanlar çox gözəldir və bizimlə olan münasibətləri əladır. İnsanlar istəyirlər ki, özlərinə simpatiya yaratsınlar.
Amma bir şeydən xoşum gəlmədi, o da ki, bəxşiş istənilməsidir. Öz istəyimlə versəm heç, amma dillə istəniləndə heç xoşum gəlmir. Dünən Qəbələdən gələndə çantamı daşıyan adama manatla pul verirəm,  mənə deyir “dollar ver”.
Quba rayonuna gedəndə heç vaxt görmədiyim və yemədiyim meyvədən daddım: Cənnət alması deyirlər adına. Növbəti illərdə də Azərbaycana gəlməkdən məmnun olaram”.


Növbəti müsahibimz Xalid Həsən deyr ki, artıq 2-ci dəfədir Bakıda olur:

“Son dəfə Azərbaycana 2010-cu ildə gəlmişəm. Amma budəfəki gəlişim zamanı Bakının çox dəyişdiyini gördüm. Qiymətlər isə mənə görə normaldır. Bakıda məni özünə cəlb edən şey sakitlik və təhlükəsizlikdir. Sizin qonaqpərvərliyinizi isə deməsək olmaz. Azərbaycan mətbəxi geniş və çox dadlıdır. Ən sevdiyim yemək quzu kababı və dolmadır.
Ümid edirəm ki, inşallah, növbəti illərdə də Bakıya gələcəm. İndi isə biz Qəbələyə yollanırıq. Ordan 2 gündən sonra dönəciyik. Mən sonra Suriyaya - öz ölkəmə qayıdacam.

 

Məni Bakıda özünə çəkən ən maraqlı şey şəhərin görkəmidir. Şəhər sanki qədimilik və müasirliyin sintezidir. Qiymətlərə gəldikdə isə bir az bahaçılıqdır. Birdəki yeməklər möhtəşəmdir. Mənim burda ən sevdiyim yemək kabablar, dolma və təndir çörəyidir. Bakıda ən sevdiyim yer isə “Tarqovı” və “Sahil”dir. Biz Bakıdan başqa Quba, Qəbələ və İsmayıllıda da olduq. İnsanların bizə münasibəti çox gözəldir”.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı