Modern.az

Piyləri yandıran ədviyyat - Həkim MƏSLƏHƏTİ

Piyləri yandıran ədviyyat - Həkim MƏSLƏHƏTİ

21 Avqust 2016, 13:46

Modern.az saytı bundan sonra mütəmadi olaraq oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərini təqdim edəcək. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır. Türkiyə Cerrahi Derneği, Türkiyə Endokrin-Metobolizma Derneğı, Türkiyə Endokrin Cerrahi Derneğı-nin üzvüdür.


Op. Dr. Qüdrət Qəhrəmanov:


“Hil tək ədviyyat deyil, eyni zamanda əsl təbii dərmandır. Hil ürək-damar, sinir, mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, orqanizmə antiseptik və iltihabəleyhinə təsir edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Bundan əlavə hil orqanizmdə gedən mübadilə proseslərini sürətləndirmək xüsusiyyətinə malikdir. Bu səbəbdən hil arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir. Hilin bu xüsusiyyətindən faydalanmaq üçün hili əzib çaya, qəhvəyə, istənilən ət, balıq xörəklərinə əlavə etmək olar.
Hilin dəmlənməsi də çox effektli vasitədir. 3-4 hil qəhvəüyüdəndə üyüdülür, 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Dəmləməyə 1 dilim limon əlavə etmək olar. Bu arıqladan dəmləməni pəhriz zamanı istifadə edə bilərsiniz”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?