Modern.az

“Qazanılan hər medal qürurvericidir” - Deputatdan Rio AÇIQLAMASI

“Qazanılan hər medal qürurvericidir” - Deputatdan Rio AÇIQLAMASI

21 Avqust 2016, 13:55

"Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya oyunlarındakı uğurları hər birimizi sevindirir. Qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir".

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib. Komitə sədri qeyd edib ki, idmançılarımızın bu günə qədər qazandığı 16 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir.


"Əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə də idmançılarımız bizi sevindirməkdə davam edir. Əlbəttə bu, ölkə Prezidenti cənab İlham Əliyevin idman və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir. Düşünürəm ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını qaldırmaqda davam edəcəklər".

F.Muradov qızıl medal qazana bilməyən idmançılarımız barədə sosial şəbəkələrdə sələndirilən fikirlərə də münasibət bildirib.

"Bu bir yarışdır. İdmaçının qalib və məğlub olması təbiidir. Odur ki, uğurlarına sevindiyimiz kimi, məğıubiyyətlə üzləşdikləri zaman idmançılarımıza mənəvi dəstək olmalıyıq ki, növbəti uğurlara doğru onlarda ruh yüksəkliyi yaransın”.

Komitə sədri bütün idmançılarımızı təbrik edib və yeni nəaliyyətlər arzulayıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi