21 yanvar 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Bakıdan Batumiyə gedən ikimərtəbəli avtobusun xoşagəlməz OLAYLARI
Bakıdan Batumiyə gedən ikimərtəbəli avtobusun xoşagəlməz OLAYLARI +
22.08.2016, 11:56

Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb. Adambaşına açıqlanan bilet qiymətləri cazibəli göründüyündən biz də ailə üzvlərilə birgə Batumiyə yollanmaq qərarına gəldik.

 

Xatırladım ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən elan olunan qiymətlərə görə, gediş 5 yaşına qədər uşaqlara pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlara isə 50 faiz endirimlədir. İlk baxışda cəzbedicidir: Wi-fi sistemi, sanitar qovşaqla təchiz olunmuş ikimərtəbəli, komfortlu avtobus... Yolboyu pulsuz çay, kofe... Bir sərnişinin mənzil başına çatması üçün lazım olan hər şey. Yaxşı olardı, amma hamısı yerinə yetirilsəydi...

 

 

"Ağıllı kassir"

 

İlk problem bilet almaq üçün yaxınlaşdığımız 5 nömrəli kassada yaşandı. Kassada əyləşmiş iki xanım uzun çək-çevirdən sonra gediş üçün bilet olub-olmadığına baxdı. Sərnişin sıxlığı yarandığı üçün əlavə reys açıldığını bildirdilər. Razılaşdıq. Əmin olmaq üçün xanımdan avtobusun ikimərtəbəli olub-olmadığını xəbər aldım. Xanım “əlbəttə” deyərək, bilmədiyimiz üçün sanki bizi qınaq atəşinə tutdu. Kassadan biletin 35 manat deyil, 35 manat 50 qəpik olduğu da bildirildi. 50 qəpik elə də böyük məbləğ deyil düşüncəsilə hərəkət etmədim. Axı hər gün informasiyanın içində olan biri kimi niyə aldanmalıyam?


Kassir xanım bir nəfər üçün əlavə 50 qəpiyi biletin əvvəldən satışına görə rəhbərlik tərəfindən müəyyən olunduğu üçün alındığını dedi. Biletin üzərində isə əlavə satış üçün 20 qəpik göstərilmişdi. İlk baxışda çox cüzi görünən məbləğ çoxsaylı sərnişinin bilet almasından sonra kifayət qədər böyük məbləğə çevrilirdi. Etirazımı bildirəndə isə özünü ağıllı sayan nisbətən yaşlı kassir xanım “çörəyi 50 qəpik etdilər, səsiniz çıxmadı, o boyda yola görə alınan 50 qəpiyə danışırsız?” deyərək öz aləmində məni susdurdu.

Əlqərəz vaxt yetişdi, Bakıdan Batumiyə yola düşmək üçün Beynəxalq Avtovağzala gəldik. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının  jurnalistlərlə keçirdiyi mətbuat konfransının da iştirakçısı oldum. Hətta AZƏRTAC-a sərnişin olaraq razılıq müsahibəsi də verdim.

Yerimizi ikimərtəbəli avtobusda təzəcə hazırlamışdıq ki, başqa şəxslərin də eyni yerə biletli olduğunu öyrəndik. Sən demə bizim yerimiz 18:00 deyil, 18:10-da Bakıdan çıxacaq avtobusa imiş. Kassir xanımın dediyi kimi komfortlu, ikimərtəbəli avtobusa deyil, bildiyimiz adi birmərtəbəli avtobusa. Nə isə səsimizi çıxarmadan suyu süzülə-süzülə ikimərtəbəlidən düşüb, adi avtobusa minərək Batumiyə doğru hərəkət etdik.

 

5 nəfərə satılan bir bilet...


Avtobus Batumiyə səhər saat 09:00-da çatmalı olsa da 11:00-da özünü güclə avtovağzala yetirdi...


Nəhayət haqqında az qala əfsanələr dolaşan, qiymətlərinin ucuzluğundan dilə-ağıza sığışmayan söhbətləri edilən, əsrarəngiz Batumiyə çatırıq. Bura qədər olanlar “jurnal” imiş. “Kino” Batumidə çəkildi...

 

Avtovağzalda düşən kimi qayıdış biletimizi aldıq ki, çətinlik yaranmasın. Beləcə, Bakıda 35 manat 50 qəpiyə aldığımız bileti Batumi avtovağzalında bizə 55 manata satdılar. Burda isə gürcü kassir yarırus, yarı öz dilində avtobusun ikimərtəbəli olduğuna bizi əmin etdi. Amma gürcü kassirdən aldığımız biletin başqasına satılmadığını dəqiqləşdirməsini xahiş etdik. Məlum oldu ki, bizim 5 dəqiqə əvvəl Batumi avtovağzalında aldığımız 43, 44, 45, 46-cı yerlərin bileti Kabuletidə başqa şəxslərə də satılıb. Biletimizi dəyişməli olduq...


Amma qayıdış günü daha acınacaqlı sürpriz bizi gözləyirmiş. Avtobusa minib ikinci mərtəbəyə qalxmışdıq ki, uşaqları yerlərində oturdaq, baxdım həmin yerdə başqaları əyləşib. “Bu necə ola bilər”, deyə səslənəndə sərnişinlər təbəssümlə “sizə də 43, 44, 45, 46-ya bilet satıblar?” deyə soruşdular. Sən demə eyni yer üçün nə az, nə çox düz 5 ayrı-ayrı sərnişinə bilet satılıb. Maraqlıdır, bunun adı işini bilməməkdirmi, yoxsa bilərək pul silməkmi?

Etirazdan sonra sürücü və köməkçisi heç bir problemin olmadığını bildirərək, bizə başqa yer göstərdilər. Avtobus yola düşəndə anladıq ki, wi-fi ümumiyyətlə işləmir, yolboyu uşaqlar üçün çay istəsək də, hər dəfə “10 dəqiqəyə hazır olar” deyərək, yalnız  2 saatdan sonra polis görmüş sürücünün rəngini xatırladan çay verdilər. Sanitar qovşağın qapısı isə açılmadı. Uşağa-böyüyə, tualetə getmək istəyənə, ürəyi bulanana “növbəti dayanacağa kimi dözün saxlayacağıq” deyərək kifayətləndilər.

Bir sözlə Bakıya qayıdış əsl məşəqqət oldu. Səhər saat 10:00-da Batumidən yola düşməli olan avtobus 11:00-da hərəkət etməyə başladı. Bakıya çatma vaxtı gecə saat 1-2 arası olacağı deyilsə də, səhər saat 06:00-dək yol gəldik... Bu gecikmənin səbəbi isə avtobus səlahiyyətliləri deyil, Gömrük Komitəsinin “Sınıq Körpü” postunda yaradılan süni sıxlıq idi (buna əvvəlki yazıda toxunmuşduq).


Beləcə, ikimərtəbəli avtobus sayəsində əsl “komfort”un nə olduğunu bir daha görməmək şərtilə gördük...

 

Rəsmi qurum problemlərə aydınlıq gətirir


Bakıya çatandan sonra yaşadığımız problemləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlilərinin diqqətinə çatdırdıq. Qurumun mətbuat xidmətindən Modern.az-a bildirdilər ki, öncədən satış üçün hətta online biletə görə də müəyyən faiz tutulur:

“Daxili reyslər üçün 20 qəpik, beynəlxalq reyslər üçün isə əlavə 50 qəpik hesablanır. Wi-fi sistemi isə Gürcüstan ərazisinə qədər işləyir. Sərhəddi keçdikdən sonra Azercell tutmur. Bu isə Azercell-in xidmətidir”.

Sanitar qovşaq məsələsinə gəlincə, qurumdan bildirdilər ki, bu xidmətdən hər dəqiqə istifadə etmək mümkün deyil:

“Avtobus təyyarə kimi deyil. Yəni hər dəqiqə açıb təmizlənməsi çətin olduğundan avtobus həmin yerdən 30 kilometr aralanmalıdır. Həmçinin bu, müəyyən dayanacaqlarda mümkündür.

Gömrükdə avtobusların saatlarla gözlədilməsi isə həmin qurumun səlahiyyətində olan məsələdir”.

Sərnişinin ikimərtəbəli avtobus əvəzinə başqa bir avtobusda yerləşdirilməsinə gəlincə, qurumdan tələbat olduğu üçün əlavə reys açıldığını əsas gətirdilər.

 

P.S. Azərbaycanlıların dastanlara sığdıra bilmədiyi Batumi təəssüratlarını başqa bir yazıda oxuyacaqsınız...

 

 

Gülşən RAUFQIZI

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  
20.01.2018, 15:38

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  

Hamilə ana öldü, körpəsi tabutda doğuldu
20.01.2018, 15:26

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   
20.01.2018, 15:16

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Azadlığa can vermişik...
20.01.2018, 15:07

Azadlığa can vermişik...

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev   
20.01.2018, 15:00

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev  

Sarkisyan Fransaya gedir   
20.01.2018, 14:45

Sarkisyan Fransaya gedir  

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ   
20.01.2018, 14:33

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ  

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb
20.01.2018, 14:12

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb

Bu gecə...   
20.01.2018, 14:04

Bu gecə...  

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”
20.01.2018, 14:02

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ
20.01.2018, 13:50

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(35.7%)
SOCAR(17.8%)
Azersun Holding(10.7%)
Azercell(3.57%)
Bakcell(14.2%)
Nar mobile(0%)
Gilan Holdinq(3.57%)
Nurgun Group(0%)
Paşa Holding(3.57%)
Akkord(10.7%)