Modern.az

Bakıda 64 nəfəri gün vurub

Bakıda 64 nəfəri gün vurub

22 Avqust 2016, 13:37

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BTTTYS) yay mövsümündə qeydə alınan günvurmalarla bağlı statistikanı açıqlayıb.


Stansiyanın baş həkimi Rauf Nağıyev Modern.az-a bildirib ki, mövsüm başlayandan indiyədək 64 nəfər günvurma ilə müraciət edib:


“Müraciət edənlərdən aralarında azyaşlıların da olduğu 25 nəfər xəstəxanalara yerləşdirilib. Ölüm halı baş verməyib”.

Xatırladaq ki, son günlər havaların çox isti keçməsilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlcədən vətəndaşlara müraciət edib. Onlara günün isti saatlarında mümkün qədər açıq havada olmamaq məsləhət görülüb.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir