Modern.az

Həbsxanadakı cihadçılar  şəbəkəsi ləğv edildi

Həbsxanadakı cihadçılar  şəbəkəsi ləğv edildi

22 Avqust 2016, 20:59

Parisdəki Fleri-Meroji həbsxanasında ekstremist özəyin yaradılması ehtimalı səbəbindən 10 məhbus başqa yerə köçürülüb. Modern.az xarici mediaya istinadən bildirir ki, iyul ayında həbsxananın administrasiyası islamçılar şəbəkəsi yaradılmasına cəhdlə bağlı məlumat alıb.

Özəyin 10 nəfər üzvü hesab edilib. Məhz həmin məhbusların digər həbsxanaya köçürülməsi qərara alınıb.

Həmin həbsxanadakı ən tanınmış məhbus 2013-cü il noyabrın 13-də Parisdə törədilən terror işinə görə başlıca şübhəli Salah Abdesalamdır. O vaxt bir neçə partlayış, restoranlara və “Bataklan” konsert zalına hücum nəticəsində 130 nəfər öldürülüb, 350-dən adam yaralanıb.

Həbsxananın administrasiyası isə iddia edir ki, Abdelsalamın radikal özək yaratmaq niyyətinə düşən islamçılarla əlaqəsi ola bilməz.parisdəki Fleri-Meroji həbsxanası Avropanın ən irri çəzaçəkmə müəssisəsi hesab olunur. Ora 3 min məhkum üçün nəzərdə tutulub. Ancaq indi kameralar da sıxlıqdır, 4,5 min məhbus saxlanılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir