Modern.az

“Bəzi hallarda hakim səhvləri də olub”- Nazir

“Bəzi hallarda hakim səhvləri də olub”- Nazir

Aktual

22 Avqust 2016, 21:13

“Hazırda qloballaşan dünyada yaşayırıq. Bir çox insanlar öz vətənlərini tərk edərək digər ölkələrdə məskunlaşıb. Məsələn, Toğrul Əsgərovun rəqiblərindən biri kubalı olsa da, İtaliyanı təmsil edirdi. ABŞ-ı təmsil edən idmançı qızıl medal alaraq diziüstə Allaha dua etdi. Bir sıra ölkələr yığmaya Dağıstandan güləşçilər cəlb edir və s. Bizim idmançımız da Qazaxıstanı təmsil edərək qızıl medal qazandı. Eləcə də Ramil Quliyev Türkiyəni təmsil edirdi”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəzi azərbaycanlı idmançıların Rio-2016-da digər ölkələri təmsil etməsinə münasibət bildirərkən deyib.

 

A.Rəhimov burada bir qəbahət olmadığını bildirib: “Lakin bizim əsas məqsədimiz gənc, istedadlı azərbaycanlı idmançılar yetişdirməkdir və seleksionerlər onları aşkar edərək yığmaya cəlb etməlidirlər”.

 

Nazir bu gün Azərbaycanda yaşayan, burada məşq edən, medal qazanan legionerləri də dəstəklədiklərini və onları azərbaycanlı idmançılarla fərqləndirmədiklərini qeyd edib.

Nazir vurğulayıb ki, yarışlarda bəzi hallarda hakim səhvləri də olub: “Güləşçi Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Lakin biz onunla görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşanda final görüşündə ilk andan rəqib idmançı ilə toqquşduğunu dedi. Rusiyalı Soslan Ramonov ya qəsdən, ya da təsadüfən başla hərəkət edərək olimpiya çempionumuz Toğrulu ciddi zədələyib. Toğrul gözlərinin qaraldığını, görmədiyini dedi. Nəticədə 0:11 hesabl ilə məğlub oldu. Belə məğlubiyyət idmançımıza yaraşmır, amma bunun səbəbi özü ilə görüşəndən sonra məlum oldu. Elə hərəkət də idmançıya yaraşmır. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir".

Nazir Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edən Marina Durundanın çıxışına da münasibət bildirib: “Digər ölkələrin federasiyalarının, Milli Olimpiya komitələrinin prezidentləri mənə Marina Durundanın həqiqətən də çox gözəl çıxış etdiyini, qızıl medal olmasa da, bürünc medala layiq olduğunu dedilər. Amma əfsuslar olsun ki, bəzən hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya əsaslanmırdı”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!