Modern.az

Türkiyə Avstriyadakı səfirini geri çağırır

Türkiyə Avstriyadakı səfirini geri çağırır

22 Avqust 2016, 22:46

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bu gün bəyan edib ki, ölkə hökuməti Avstriyadakı səfiri geri çağırmaqla bağlı qərar verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb son hadisələrlə bağlı Avstriya ilə Türkiyənin münasibətlərinə yenidən baxmaqdır.

 

Xatırladaq ki, bundan əvvəl Avstriyanın kansleri Kristian Kern Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı bütün danışıqları dayandırmağı tələb edib.

 

Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömer Çelik isə avstriyalı kansleri “sağ ekstremistçi” adlandırıb. Onu dəstəkləyən Türkiyənin xarici işlər naziri Vyananı radikal millətçiliyinin paytaxtı adlandırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir