Modern.az

Qazaxda kürəkən qayınatasını bıçaqlayıb

Qazaxda kürəkən qayınatasını bıçaqlayıb

23 Avqust 2016, 00:43

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, 44 yaşlı Cəmaləddin Xudiyev sinə nahiyəsindən bıçaq zərbələri alıb. C.Xudiyev kürəkəni, Agstafa rayon Dağ Kəsəmən kənd sakini Elgün Kərəmvəliyev tərəfindən bıçaqlanıb. E.Kərəmvəliyev mübahisə zamanı qayınatasına bıçaqla zərbə endirib.

Xəsarət almış C. Xudiyev Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər