Modern.az

Prostat xərçənginin dərmanı... Közərdilmiş pomidor - Həkim MƏSLƏHƏTİ

Prostat xərçənginin dərmanı... Közərdilmiş pomidor - Həkim MƏSLƏHƏTİ

Mədəni̇yyət

23 Avqust 2016, 11:00

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır. Türkiyə Cerrahi Derneği, Türkiyə Endokrin-Metobolizma Derneğı, Türkiyə Endokrin Cerrahi Derneğı-nin üzvüdür.


Közərdilmiş pomidor


Araşdırmalarla pomidorun kişilərdə prostat xərçəngi riskini azaltdığı ortaya çıxıb.
Kişilər yaşlandıqca, prostat vəzi böyüyür. Ümumi faktorlar, hormonal amillər, qidalanma qaydaları və cinsi həyatın ritmi də prostatın böyüməsinə səbəb olur. Bu böyümə sidik kanalına doğru, yəni içəriyə doğru olarsa, sidik çıxışında çətinlik, uzun müddət təzyiqsiz sidiyə getmək, tez-tez sidiyə getmək və gecələri sidiyə qalxmaq problemləri yaşanır. Böyümənin mənfi təsirlərindən biri də prostatın böyüyərək xərçəngə çevrilə bilməsidir.

Pomidorun tərkibində yüksək miqdarda olan likopen prostat xərçəngi riskinin azalmasına yola açan bir antioksidantdır. Özəlliklə közdə bişirilmiş pomidor prostat xərçənginin ən əsas dərmanı sayılır. Araşdırmalara görə, həftədə 10 ədəddən çox pomidor yeyən və pomidor suyu içənlərdə prostat xərçəng riski yüzdə 50 nisbətində azalır. Bununla yanaşı yaşıl çay, balqabaq çəyirdəyi, yağlı yeməklərdən uzaq durmaq, balıq yemək və orta səviyyədə cinsi həyat prostat xərçəngdən qoruyucu amillərdən biridir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı