Modern.az

Nazirlik daha 30 nəfər əlili sağlamlıq mərkəzinə göndərdi

Nazirlik daha 30 nəfər əlili sağlamlıq mərkəzinə göndərdi

23 Avqust 2016, 11:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərdən daha 30 nəfərini istirahət və sağlamlıq mərkəzinə göndərib.


Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. V.Behbudov bildirib ki,  hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin edilənlərin 29 faizi, aylıq sosial müavinət ödənilənlərin 40,2 faizi əlilliyi olan şəxslərdir. Əlillərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi də diqqətdə saxlanılır və bu istiqamətdə işlərin davamı olaraq cari ilin 7 ayında nazirliyin xətti ilə 454 nəfər əlil şəxsin məşğulluğu, 287 nəfər əlil şəxsin isə peşə hazırlığına cəlb olunması təmin edilib. Həmin dövrdə bu təbəqədən olan 4650 nəfər şəxsə bərpa-müalicə, 8400 nəfər şəxsə protez-ortopedik xidmətlər göstərilib.

“Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili nəzərdə tutulub ki, cari ilin ötən dövründə onlardan artıq 800 nəfərə yaxın şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib”,- deyə şöbə müdiri bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir