Modern.az

Məhkəmə İlhamə Quliyevanın varidatını hesabladı - 2 milyon 707 min manat

Məhkəmə İlhamə Quliyevanın varidatını hesabladı - 2 milyon 707 min manat

23 Avqust 2016, 13:04

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Modern.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edib. O bildirib ki, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeydə alınması doğru  deyil. Vəkil bu faktın sübut kimi qeydə alınmasını istəməyib.

V.Mirzəyev deyib ki, xalq artistinin mirası doğru araşdırılmayıb:

“İstintaqda mərhum İlhamə Quliyevanın varidatının 2 milyon 707 min manat olması göstərilsə də bu, doğru araşdırılmayıb”.

Vəkil İ. Quliyevanın varidatının araşdırılması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilərək barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

 

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi