Modern.az

ANS-in saytı açılıb?

ANS-in saytı açılıb?

23 Avqust 2016, 15:18

Bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə ANS TV-yə məxsus saytın (anstv.ws) açıldığı barədə xəbər yayılıb.
Məsələ ilə bağlı ANS TV-nin əməkdaşı Eldəniz Elgün Modern.az-a açıqlamasında xəbərə aydınlıq gətirib. O, saytın bir müddət əvvəl şirkət tərəfindən bağlandığını deyib:

“Televiziyanın saytı şirkət tərəfindən təhlükəsizlik baxımından bağlanmışdı. Serveri möhkəmləndirdikdən sonra saytı bu gün yenidən bərpa etdik. Amma bu televiziyanın fəaliyyətinin bərpa olunması anlamına gəlmir.Yəni sayta hansısa xəbər qoyulmur”.

Jurnalist həmçinin bildirib ki, oxucular, ANS-in "Facebook" səhifəsini ANS TV -nin saytı ilə qarışıq salırlar. Bu səbəbdən də bəzən "Facebook" səhifəsinin yanlış olaraq sayt kimi təqdim edirlər.

Yeri gəlmişkən, ANS TV-nin bir neçə əməkdaşının müxtəlif saytlarda yazıları da dərc olunub. Müəlliflər imzalarının altında ANS TV yazmağı da unutmayıblar.

E.Elgün jurnalistlərin təmənnasız olaraq saytlarla əməkdaşlıq etdiklərini deyib:

“İmzalarının altında ANS yazılması da buna əyani sübutdur. Müxtəlif saytlarda "Marş" verilişinin aparıcısı Rahib Qərib, "Hesab vaxtı" verilişinin aparıcısı Vəfa Şəhlayi, idman aparıcısı Kənan Hakimov, “Xəbərçi”nin aparıcısı İlkin Kərimovun məqalələri yayımlanıb”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir